https://sputnik.az/20221107/son-doqquz-ay-erzinde-rusiyadan-xarice-turist-axini-43-artib-448325927.html
Son doqquz ay ərzində Rusiyadan xaricə turist axını 43% artıb
Son doqquz ay ərzində Rusiyadan xaricə turist axını 43% artıb
Sputnik Azərbaycan
Ekspertlərin qənaətinə görə, turist axınının artmasına Türkiyə ilə hava nəqliyyatının davamlılığı da təsir edib. 07.11.2022, Sputnik Azərbaycan
2022-11-07T14:43+0400
2022-11-07T14:43+0400
2022-11-07T14:43+0400
rusiya
turist
axın
rusiya
türkiyə
tayland
https://cdnn1.img.sputnik.az/img/40587/60/405876029_0:317:3079:2048_1920x0_80_0_0_bd4a2877bc8f8d3f636ceebc3631da83.jpg
BAKI, 7 noyabr - Sputnik. Rusiyadan Türkiyə, Misir və BƏƏ də daxil olmaqla 15 ən populyar istiqamətdə turist axını cari ilin ilk üç rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 43% artaraq 7,5 milyon ziyarət təşkil edib. Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (RTOA) məlumat yayıb.“RTOA Analitik Xidmətinin məlumatına görə, 2022-ci ilin üç rübü ərzində rusiyalılar turizm məqsədi ilə keçmiş SSRİ-nin bir sıra ölkələri də daxil olmaqla, 15 ən populyar istiqamətinə turizm və istirahət üçün təxminən 7,5 milyon səfər ediblər. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə (5,24 milyon) 43% çoxdur", - deyə assosiasiyadan bildirilib.Mütəxəssislər bu artımı bir sıra səbəblərlə, o cümlədən yanvar və fevral aylarında koronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qış istiqamətlərinə çarterlərin tətbiqi ilə əlaqədar yaxşı nəticələrlə əlaqələndiriblər.Turist axınının artmasına Türkiyə ilə hava nəqliyyatının davamlılığı və BƏƏ və Misirə hava axınının artması da təsir edib."Avropanın yoxluğu müqayisəli statistikada o qədər də güclü mənfi nəticə vermədi, çünki 2021-ci ildə Avropa istiqamətləri covid səbəbiylə bağlandı", - RTOA-dan bildirilib.Yanvar-sentyabr aylarının yekunlarına görə, turist səfərlərinin sayına görə xarici ölkələrin reytinqinə Türkiyə başçılıq edir. Qurumun məlumatına görə, bu ölkəyə 3,5 milyon səfər edilib ki, bu da 2021-ci ilin eyni dövründə olduğu ilə demək olar ki, eynidir.Türkiyədən sonra sırada 1,8 milyon rusiyalı turistin ziyarət etdiyi Abxaziya gəlir. Bu, ötən illə müqayisədə 18% çoxdur.Həmin dövrdə Misirə turist axınının artımı 2,2 dəfə (609,9 min səfər), BƏƏ-yə 95% (575 min) təşkil edib.Eyni zamanda, Maldiv adalarına tələbat 20% (143,5 min) azaldığı halda, Tayland istiqamətində artım "minlərlə faiz" təşkil edib ki, bu da bu ölkənin 2021-ci ilin çox hissəsinin turistlər üçün qapalı olması ilə bağlı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40587/60/405876029_82:0:2813:2048_1920x0_80_0_0_aa30bfcc2ae56a4d9ba4cdfc7a747301.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turist, axın, rusiya, türkiyə, tayland
turist, axın, rusiya, türkiyə, tayland
Son doqquz ay ərzində Rusiyadan xaricə turist axını 43% artıb
Ekspertlərin qənaətinə görə, turist axınının artmasına Türkiyə ilə hava nəqliyyatının davamlılığı da təsir edib.
BAKI, 7 noyabr - Sputnik. Rusiyadan Türkiyə, Misir və BƏƏ də daxil olmaqla 15 ən populyar istiqamətdə turist axını cari ilin ilk üç rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 43% artaraq 7,5 milyon ziyarət təşkil edib. Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (RTOA) məlumat yayıb.
“RTOA Analitik Xidmətinin məlumatına görə, 2022-ci ilin üç rübü ərzində rusiyalılar turizm məqsədi ilə keçmiş SSRİ-nin bir sıra ölkələri də daxil olmaqla, 15 ən populyar istiqamətinə turizm və istirahət üçün təxminən 7,5 milyon səfər ediblər. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə (5,24 milyon) 43% çoxdur", - deyə assosiasiyadan bildirilib.
Mütəxəssislər bu artımı bir sıra səbəblərlə, o cümlədən yanvar və fevral aylarında koronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qış istiqamətlərinə çarterlərin tətbiqi ilə əlaqədar yaxşı nəticələrlə əlaqələndiriblər.
Turist axınının artmasına Türkiyə ilə hava nəqliyyatının davamlılığı və BƏƏ və Misirə hava axınının artması da təsir edib.
"Avropanın yoxluğu müqayisəli statistikada o qədər də güclü mənfi nəticə vermədi, çünki 2021-ci ildə Avropa istiqamətləri covid səbəbiylə bağlandı", - RTOA-dan bildirilib.
Yanvar-sentyabr aylarının yekunlarına görə, turist səfərlərinin sayına görə xarici ölkələrin reytinqinə Türkiyə başçılıq edir. Qurumun məlumatına görə, bu ölkəyə 3,5 milyon səfər edilib ki, bu da 2021-ci ilin eyni dövründə olduğu ilə demək olar ki, eynidir.
Türkiyədən sonra sırada 1,8 milyon rusiyalı turistin ziyarət etdiyi Abxaziya gəlir. Bu, ötən illə müqayisədə 18% çoxdur.
Həmin dövrdə Misirə turist axınının artımı 2,2 dəfə (609,9 min səfər), BƏƏ-yə 95% (575 min) təşkil edib.
Eyni zamanda, Maldiv adalarına tələbat 20% (143,5 min) azaldığı halda, Tayland istiqamətində artım "minlərlə faiz" təşkil edib ki, bu da bu ölkənin 2021-ci ilin çox hissəsinin turistlər üçün qapalı olması ilə bağlı olub.