Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır - Peskov

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən ordumuzun mövqelərinə atəş açıb.
BAKI, 7 noyabr - Sputnik. Rusiya Ermənistan və Azərbaycanı iki ölkə arasında sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırır. Bunu jurnalistlərlə söhbətində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”, - deyə Peskov Ermənistan və Azərbaycan arasında atışmanın yenidən başlaması ilə bağlı xəbərlərə Kremlin reaksiyasına dair sualı cavablandırıb.
Xatırladaq ki, Ermənistan Azərbaycanla sərhəddə yenidən təxribata əl atıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər lenti
0