https://sputnik.az/20221107/gigiyena-ile-bagli-avropada-yayilan-tovsiyelerle-razilasa-bilmerik---rf-sehiyye-nazirliyi-448339620.html
Gigiyena ilə bağlı Avropada yayılan tövsiyələrlə razılaşa bilmərik - RF Səhiyyə Nazirliyi
Gigiyena ilə bağlı Avropada yayılan tövsiyələrlə razılaşa bilmərik - RF Səhiyyə Nazirliyi
Sputnik Azərbaycan
Nazirlik rəsmisi bildirib ki, Avropada yayılan çağırışlar bütün rusiyalılara uşaqlıqdan tanış olan gigiyena ilə bağlı əsas prinsiplərə ziddir. 07.11.2022, Sputnik Azərbaycan
2022-11-07T23:32+0400
2022-11-07T23:32+0400
2022-11-07T23:32+0400
rusiya
gigiyena
avropa
yuma
uduş
https://cdnn1.img.sputnik.az/img/41149/87/411498715_0:68:1921:1148_1920x0_80_0_0_7377f241ba759e87024977045353ac92.jpg
BAKI, 7 noyabr - Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi avropalı həkimlərin daha az vanna və ya duş qəbul etmək tövsiyələri ilə razılaşmır. Bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.Onun sözlərinə görə, bu cür çağırışlar gigiyenanın əsas prinsiplərinə ziddir.Bundan əvvəl mətbuatda Britaniya həkimlərinin vətəndaşları hər gün vanna qəbul etməməyə və ya duş qəbul etməməyə çağırdığı barədə məlumatlar yayılıb. Belə ki, britaniyalı həkimlər müntəzəm yuyunmanın insanı zərərli bakteriyalara qarşı daha həssas edə biləcəyi qənaətindədir.“Rusiya ənənələrində şəxsi gigiyenaya hörmətlə yanaşma tarixən formalaşıb. Bu, həyat tərzimizin bir hissəsidir. Rusiya Səhiyyə Nazirliyi hazırda Avropada yayılan tövsiyələrlə razılaşa bilməz”, - deyə Kuznetsov bildirib.O qeyd edib ki, bu cür çağırışlar bütün rusiyalılara erkən uşaqlıqdan tanış olan gigiyena ilə bağlı əsas prinsiplərə ziddir - məsələn, “yeməkdən əvvəl əllərinizi yuyun” prinsipinə."Hippokrat isə qeyd edirdi ki, “təmiz olan yerdə xəstələnmirlər”, - deyə Kuznetsov bildirib.Onun sözlərinə görə, bu parametrlər həmişə aktualdır, bunu COVID-19 pandemiyası, gigiyena tədbirlərinin həyat və sağlamlığı xilas etdiyi zaman açıq şəkildə nümayiş etdirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41149/87/411498715_0:0:1707:1280_1920x0_80_0_0_f2f9113fc2541c74e0b95a5736066914.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gigiyena, avropa, yuma, uduş
gigiyena, avropa, yuma, uduş
Gigiyena ilə bağlı Avropada yayılan tövsiyələrlə razılaşa bilmərik - RF Səhiyyə Nazirliyi
Nazirlik rəsmisi bildirib ki, Avropada yayılan çağırışlar bütün rusiyalılara uşaqlıqdan tanış olan gigiyena ilə bağlı əsas prinsiplərə ziddir.
BAKI, 7 noyabr - Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi avropalı həkimlərin daha az vanna və ya duş qəbul etmək tövsiyələri ilə razılaşmır. Bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Onun sözlərinə görə, bu cür çağırışlar gigiyenanın əsas prinsiplərinə ziddir.
Bundan əvvəl mətbuatda Britaniya həkimlərinin vətəndaşları hər gün vanna qəbul etməməyə və ya duş qəbul etməməyə çağırdığı barədə məlumatlar yayılıb. Belə ki, britaniyalı həkimlər müntəzəm yuyunmanın insanı zərərli bakteriyalara qarşı daha həssas edə biləcəyi qənaətindədir.
“Rusiya ənənələrində şəxsi gigiyenaya hörmətlə yanaşma tarixən formalaşıb. Bu, həyat tərzimizin bir hissəsidir. Rusiya Səhiyyə Nazirliyi hazırda Avropada yayılan tövsiyələrlə razılaşa bilməz”, - deyə Kuznetsov bildirib.
“Rusiya ənənələrində şəxsi gigiyenaya hörmətlə yanaşma tarixən formalaşıb. Bu, həyat tərzimizin bir hissəsidir. Rusiya Səhiyyə Nazirliyi hazırda Avropada yayılan tövsiyələrlə razılaşa bilməz”, - deyə Kuznetsov bildirib.
O qeyd edib ki, bu cür çağırışlar bütün rusiyalılara erkən uşaqlıqdan tanış olan gigiyena ilə bağlı əsas prinsiplərə ziddir - məsələn, “yeməkdən əvvəl əllərinizi yuyun” prinsipinə.
"Hippokrat isə qeyd edirdi ki, “təmiz olan yerdə xəstələnmirlər”, - deyə Kuznetsov bildirib.
Onun sözlərinə görə, bu parametrlər həmişə aktualdır, bunu COVID-19 pandemiyası, gigiyena tədbirlərinin həyat və sağlamlığı xilas etdiyi zaman açıq şəkildə nümayiş etdirib.