Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq

© AR Ministry of DefenceHərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib
Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq.
BAKI, 6 noyabr - Sputnik. 8 noyabr Zəfər Günü münasibətilə səhər saat 8:00-dan 13:00-dək paytaxtın küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü nəzərdə tutulub.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.
Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;
İkinci marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.
Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı.
DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq:
"Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".
Xəbər lenti
0