https://sputnik.az/20221105/volodin-yeni-il-tedbirleri-ile-bagli-rusiyalilarin-fikirlerini-sorusub-448273164.html
Volodin Yeni il tədbirləri ilə bağlı rusiyalıların fikirlərini soruşub
Volodin Yeni il tədbirləri ilə bağlı rusiyalıların fikirlərini soruşub
Sputnik Azərbaycan
Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və Yeni il ağaclarını... 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T20:11+0400
2022-11-05T20:11+0400
2022-11-05T20:11+0400
vyaçeslav volodin
rusiya
yeni il
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 5 noyabr — Sputnik. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında Yeni il tədbirlərindən imtina mövzusunda sorğu yerləşdirib.“Yeni 2023-cü ilə iki aydan az vaxt qalıb. Müzakirə etməyi təklif edirəm: Yeni il tədbirlərinin - korporativ şənliklərin, konsertlərin, atəşfəşanlığın rədd edilməsinin tərəfdarısınızmı?" - deyə o sorğu keçirib.Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və yeni il ağaclarını saxlayın” və “adi qaydada qeyd edin”.Daha əvvəl bildirilirdi ki, Rusiyada 2022-ci ildə məşhur sənətçilərin Yeni il korporativ şənliklərində çıxışlarına tələbat azalıb.Belə ki, “ProStars” tədbir agentliyinin rəhbəri Mixail Sapoloviç müsahibəsində 2021-ci illə müqayisədə ulduzların Yeni il tədbirlərində iştirakına tələbatın 25-30% azaldığını bildirib.Öz növbəsində Tədbir Təşkilatçılarının Milli Assosiasiyası bildirib ki, şirkətlər Yeni il korporativ şənlikləri üçün büdcəni azaldıblar - keçən illə müqayisədə bu rəqəmlər orta hesabla 20% azalıb. Assosiasiya qeyd edib ki, böyük əyləncəli Yeni il korporativ şənliklərinin keçirilməsinə tələbat praktiki olaraq yoxdur və bəzi şirkətlər korporativ tədbirlərdən tamamilə imtina etmək istəyirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vyaçeslav volodin, yeni il
vyaçeslav volodin, yeni il
Volodin Yeni il tədbirləri ilə bağlı rusiyalıların fikirlərini soruşub
Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və Yeni il ağaclarını saxlayın” və “adi qaydada qeyd edin”.
BAKI, 5 noyabr — Sputnik. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında Yeni il tədbirlərindən imtina mövzusunda sorğu yerləşdirib.
“Yeni 2023-cü ilə iki aydan az vaxt qalıb. Müzakirə etməyi təklif edirəm: Yeni il tədbirlərinin - korporativ şənliklərin, konsertlərin, atəşfəşanlığın rədd edilməsinin tərəfdarısınızmı?" - deyə o sorğu keçirib.
Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və yeni il ağaclarını saxlayın” və “adi qaydada qeyd edin”.
Daha əvvəl bildirilirdi ki, Rusiyada 2022-ci ildə məşhur sənətçilərin Yeni il korporativ şənliklərində çıxışlarına tələbat azalıb.
Belə ki, “ProStars” tədbir agentliyinin rəhbəri Mixail Sapoloviç müsahibəsində 2021-ci illə müqayisədə ulduzların Yeni il tədbirlərində iştirakına tələbatın 25-30% azaldığını bildirib.
Öz növbəsində Tədbir Təşkilatçılarının Milli Assosiasiyası bildirib ki, şirkətlər Yeni il korporativ şənlikləri üçün büdcəni azaldıblar - keçən illə müqayisədə bu rəqəmlər orta hesabla 20% azalıb. Assosiasiya qeyd edib ki, böyük əyləncəli Yeni il korporativ şənliklərinin keçirilməsinə tələbat praktiki olaraq yoxdur və bəzi şirkətlər korporativ tədbirlərdən tamamilə imtina etmək istəyirlər.