https://sputnik.az/20221105/rusiya-taxil-ixracina-gore-rosselxozbanka-qarsi-sanksiyalari-legv-etmeye-cagirib-448281345.html
Rusiya taxıl ixracına görə "Rosselxozbank"a qarşı sanksiyaları ləğv etməyə çağırıb
Rusiya taxıl ixracına görə "Rosselxozbank"a qarşı sanksiyaları ləğv etməyə çağırıb
Sputnik Azərbaycan
Agentliyin BMT-dəki mənbəsi bildirib ki, bu təşəbbüs Avropa İttifaqı və digər tərəflərlə müzakirə olunur. 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T19:00+0400
2022-11-05T19:00+0400
2022-11-05T19:00+0400
taxıl
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_0:163:3061:1885_1920x0_80_0_0_830386e07de28cadf6d97fc20e0431f4.jpg
BAKI, 5 noyabr — Sputnik. Taxıl müqaviləsi üzrə danışıqlar zamanı Rusiya Qərb ölkələrindən taxıllarının ixracını asanlaşdırmaq üçün Rusiya Kənd Təsərrüfatı Bankına qarşı sanksiyaları ləğv etməyi xahiş edir.Bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.Nəşrdə deyilir ki, Rusiya Qərb ölkələrindən dövlət kreditoru olan "Rosselxozbank"a sanksiyalara baxmayaraq müxbir banklarla münasibətləri bərpa etməyə icazə vermələrini xahiş edib.Qeyd olunur ki, bu, kredit təşkilatına Rusiya taxıl və digər ərzaq məhsulları üzrə ödənişlərin işlənməsinə imkan verəcək.BMT-dəki agentlik mənbəsi izah edib ki, bu təşəbbüs Avropa İttifaqı və digər tərəflərlə müzakirə olunur.Keçən həftənin sonunda Kiyev Sevastopolda rus gəmilərinə hücum etdikdən sonra Moskva taxıl müqaviləsindəki iştirakını dayandırıb, lakin Türkiyə ilə danışıqlardan və Ukraynadan yazılı zəmanət aldıqdan sonra razılaşmaya geri qayıdıb. Prezident Vladimir Putin vurğulayıb ki, Kiyev öz öhdəliklərini pozarsa, Rusiya sazişdən çıxacaq, lakin bu halda belə o, ən kasıb Afrika ölkələrini Ukraynadan ora göndərilən taxılın bütün həcmi ilə təmin etməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_165:0:2896:2048_1920x0_80_0_0_52deaf099946ca03cdcd0bc71bc9f37a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl
Rusiya taxıl ixracına görə "Rosselxozbank"a qarşı sanksiyaları ləğv etməyə çağırıb
Agentliyin BMT-dəki mənbəsi bildirib ki, bu təşəbbüs Avropa İttifaqı və digər tərəflərlə müzakirə olunur.
BAKI, 5 noyabr — Sputnik. Taxıl müqaviləsi üzrə danışıqlar zamanı Rusiya Qərb ölkələrindən taxıllarının ixracını asanlaşdırmaq üçün Rusiya Kənd Təsərrüfatı Bankına qarşı sanksiyaları ləğv etməyi xahiş edir.
Bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.
Nəşrdə deyilir ki, Rusiya Qərb ölkələrindən dövlət kreditoru olan "Rosselxozbank"a sanksiyalara baxmayaraq müxbir banklarla münasibətləri bərpa etməyə icazə vermələrini xahiş edib.
Qeyd olunur ki, bu, kredit təşkilatına Rusiya taxıl və digər ərzaq məhsulları üzrə ödənişlərin işlənməsinə imkan verəcək.
BMT-dəki agentlik mənbəsi izah edib ki, bu təşəbbüs Avropa İttifaqı və digər tərəflərlə müzakirə olunur.
Keçən həftənin sonunda Kiyev Sevastopolda rus gəmilərinə hücum etdikdən sonra Moskva taxıl müqaviləsindəki iştirakını dayandırıb, lakin Türkiyə ilə danışıqlardan və Ukraynadan yazılı zəmanət aldıqdan sonra razılaşmaya geri qayıdıb. Prezident Vladimir Putin vurğulayıb ki, Kiyev öz öhdəliklərini pozarsa, Rusiya sazişdən çıxacaq, lakin bu halda belə o, ən kasıb Afrika ölkələrini Ukraynadan ora göndərilən taxılın bütün həcmi ilə təmin etməyə hazırdır.