https://sputnik.az/20221104/rusiya-bu-gun-milli-birlik-gununu-qeyd-edir-448208965.html
Rusiya bu gün Milli Birlik Gününü qeyd edir
Rusiya bu gün Milli Birlik Gününü qeyd edir
Sputnik Azərbaycan
Rusiyada Milli Birlik Günü 2005-ci ildən bəri hər il noyabrın 4-də qeyd olunur 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T08:48+0400
2022-11-04T08:48+0400
2022-11-04T08:48+0400
rusiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836974_0:160:3072:1888_1920x0_80_0_0_bd4381373b5fe0815423f4586fc6dcb0.jpg
BAKI, 4 noyabr — Sputnik. Kuzma Minin və Dmitri Pojarskinin başçılıq etdiyi xalq milisləri 4 noyabr 1612-ci ildə Kitay-Qoroda hücum edərək Moskvanı Polşa işğalçılarından azad ediblər, mənşəyindən, dinindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün xalqın qəhrəmanlıq və birlik nümunəsini nümayiş etdiriblər. Rusiya üçün məhz bu həlledici tarixə həsr olunmuş Milli Birlik Günü əsrlər boyu hər hansı bir düşmənin xalqın gücü və birliyi qarşısında aciz olduğunu xatırladır.Tarixən bu bayram Rusiyada hərc-mərclik dövrünün sonu ilə - Çar İvan Qroznının ölümündən 1613-cü ilə qədər, Romanovlar sülaləsinin ilk Rusiya taxtına oturduğu dövrlə əlaqələndirilir.Bəzi tədqiqatçılar israr edirlər ki, müasir Rusiyada bayramın mənasını tam başa düşmürlər. Çoxları üçün bu, təqvimdə növbəti bir qırmızı gün kimi qeyd olunub. Lakin az adam anlayır ki, Milli Birlik Gününün tarixi onu 9 May ilə bərabər tutmağa imkan verir. Axı, o zaman, 1612-ci ildə ölkə onun mövcudluğunu təhdid edən eyni xaos və ölümcül təhlükə içində olub.Bu gün ölkənin hər yerində şənliklər, konsertlər, tamaşalar və idman tədbirləri keçirilir. Rusiyanın müxtəlif şəhərlərində siyasi partiyalar və ictimai hərəkatlar mitinqlər, yürüşlər və xeyriyyə aksiyaları təşkil edirlər. Ancaq Milli Birlik Gününə həsr olunmuş əsas tədbirlər bayramın ürəyində - Nijni Novqorodda və Moskvanın Qırmızı Meydanında keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836974_171:0:2902:2048_1920x0_80_0_0_764266242c687a49492f12dc6b9debbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya
Rusiya bu gün Milli Birlik Gününü qeyd edir
Rusiyada Milli Birlik Günü 2005-ci ildən bəri hər il noyabrın 4-də qeyd olunur
BAKI, 4 noyabr — Sputnik. Kuzma Minin və Dmitri Pojarskinin başçılıq etdiyi xalq milisləri 4 noyabr 1612-ci ildə Kitay-Qoroda hücum edərək Moskvanı Polşa işğalçılarından azad ediblər, mənşəyindən, dinindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün xalqın qəhrəmanlıq və birlik nümunəsini nümayiş etdiriblər. Rusiya üçün məhz bu həlledici tarixə həsr olunmuş Milli Birlik Günü əsrlər boyu hər hansı bir düşmənin xalqın gücü və birliyi qarşısında aciz olduğunu xatırladır.
Tarixən bu bayram Rusiyada hərc-mərclik dövrünün sonu ilə - Çar İvan Qroznının ölümündən 1613-cü ilə qədər, Romanovlar sülaləsinin ilk Rusiya taxtına oturduğu dövrlə əlaqələndirilir.
Bəzi tədqiqatçılar israr edirlər ki, müasir Rusiyada bayramın mənasını tam başa düşmürlər. Çoxları üçün bu, təqvimdə növbəti bir qırmızı gün kimi qeyd olunub. Lakin az adam anlayır ki, Milli Birlik Gününün tarixi onu 9 May ilə bərabər tutmağa imkan verir. Axı, o zaman, 1612-ci ildə ölkə onun mövcudluğunu təhdid edən eyni xaos və ölümcül təhlükə içində olub.
Bu gün ölkənin hər yerində şənliklər, konsertlər, tamaşalar və idman tədbirləri keçirilir. Rusiyanın müxtəlif şəhərlərində siyasi partiyalar və ictimai hərəkatlar mitinqlər, yürüşlər və xeyriyyə aksiyaları təşkil edirlər. Ancaq Milli Birlik Gününə həsr olunmuş əsas tədbirlər bayramın ürəyində - Nijni Novqorodda və Moskvanın Qırmızı Meydanında keçirilir.