Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Maarifləndirmə: saxta məlumatlarla necə mübarizə aparmaq olar

© Pexels Negative SpaceKompüter arxasında qız, arxiv şəkli
Kompüter arxasında qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Noyabrın 10-da saat 12:00-da tanınmış ictimai fəal və saxtakarlıqla mübarizə üzrə Zamin Zeynalın saxtakarlığa qarşı mübarizə məqsədilə informasiya maarifləndirilməsi mövzusunda mətbuat konfransı keçiriləcək.
BAKI, 4 noyabr — Sputnik. Müasir şəraitdə saxtakarlığa qarşı mübarizə xüsusi aktuallıq kəsb edir. Getdikcə daha çox sadə insanlar saxta məlumatlar yayan "informasiya fırıldaqçılarının" qurbanına çevrilirlər.
Bu, xüsusilə şəxsi maraqları üçün informasiya şantajından istifadə etməyə çalışan müxtəlif növ media reketləri tərəfindən sui-istifadə olunur.
Noyabrın 10-da saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış ictimai fəal və saxtakarlıqla mübarizə üzrə mütəxəssis Zamin Zeynalın saxtakarlığa qarşı mübarizə məqsədilə informasiya maarifləndirilməsi mövzusunda mətbuat konfransı keçiriləcək.
Tədbirdə informasiya təhlükəsizliyi sahəsində ekspertlərin, tanınmış jurnalistlərin və blogerlərin iştirakı gözlənilir.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0