Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Səbail rayonunda 200-dən çox tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Artıq paytaxtın Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb
BAKI, 3 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb. Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Layihə çərçivəsində ilkin olaraq Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq. Artıq paytaxtın Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb.
Mühafizə lövhələrinin vurulması Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.
Layihə çərçivəsində həm Bakıda, həm də regionlarda yerləşən tarix-mədəniyyət abidələrinə yeni mühafizə lövhəsinin vurulması nəzərdə tutulur.
Xəbər lenti
0