Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya MN taxıl sazişi ilə bağlı Ərdoğanın sözlərini təsdiqlədi

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün saat 12:00-dan etibarən taxıl dəhlizinin fəaliyyəti tam bərpa olunub.
BAKI, 2 noyabr — Sputnik. Taxıl sazişi ilə bağlı təmaslar davam edir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiyanın taxıl sazişində iştirakı hələlik dayandırılıb.
Oktyabrın 29-da Ukraynanın Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
Peskov bildirib ki, dünən Rusiya prezidenti ilə Ərdoğan arasında çox uzun və ətraflı söhbət olub: "Amma hazırkı vaxta qədər Rusiya iştirakını dayandırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə bu gəmilərin Rusiyaya hücum üçün istifadə olunmayacağına dair zəmanət verib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tuturdu.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya daha əvvəl bildirib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sazişinin bir hissəsi işləmir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün saat 12:00-dan etibarən taxıl dəhlizinin fəaliyyəti tam bərpa olunub.
O qeyd edib ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək bildirib.
Ərdoğan əlavə edib ki, o, Rusiya lideri Vladimir Putinlə taxıl dəhlizi vasitəsi ilə ilk öncə kasıb ölkələrə, Somali, Cibuti və Sudana taxıl göndəriləcəyinə dair razılaşıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Qara dənizdəki taxıl dəhlizindən Rusiyaya qarşı döyüş əməliyyatları üçün istifadə etməmək üçün lazımi yazılı zəmanət verib, onlar Türkiyə və BMT-nin vasitəçiliyi ilə alınıb.
"Beynəlxalq təşkilatın (BMT-red.) iştirakı, eləcə də Türkiyənin yardımı sayəsində maraqlar çərçivəsində müəyyən edilmiş humanitar dəhlizdən və Ukrayna limanlarından Rusiya Federasiyasına qarşı döyüş əməliyyatları üçün istifadə olunmaması və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı Ukraynadan lazımi yazılı zəmanətlər almaq mümkün olub", - Rusiya MN-in bəyanatında deyilir.
Xəbər lenti
0