https://sputnik.az/20221102/ran-qazpromla-40-milyard-dollarliq-muqavileler-imzalayacaq-448154725.html
İran "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalayacaq
İran "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalayacaq
Sputnik Azərbaycan
İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması... 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T15:55+0400
2022-11-02T15:55+0400
2022-11-02T15:55+0400
qazprom
rusiya
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445703774_0:156:3000:1844_1920x0_80_0_0_e4733d3516ab273c4875ae49c4a1b873.jpg
BAKI, 2 noyabr — Sputnik. İran dekabrda "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalamağı gözləyir. Bu barədə İran xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri bildirib.İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması üçün yardımı nəzərdə tutan memorandum imzalayıblar. Bundan başqa, sənəd təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarını, LNG layihələrinin həyata keçirilməsini, ixrac qaz kəmərlərinin tikintisini əhatə edir. İranın "Shana" agentliyi şirkətlər arasında potensial sövdələşmənin həcminin 40 milyard dollar olduğunu bildirib."Rusiyanın "Qazprom"u ilə razılaşma təxminən 6,5 milyard dollarlıq sazişdir. Ümid edirik ki, qalan müqavilələr - 40 milyard dollar dəyərində - gələn ay imzalanacaq. İndi onlar haqqında danışıqlar aparılır", - Səfəri deyib.Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası ərəfəsində neft məhsullarının svop tədarükünə artıq başlanıldığını bildirib və qeyd edib ki, tərəflər müvafiq məhsulların çeşidinin genişləndirilməsi barədə razılığa gəliblər. O, həmçinin noyabrın sonuna kimi “Qazprom” və İranın konkret neft və qaz layihələri üzrə sazişlər imzalayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda texniki-iqtisadi parametrlərin hazırlanması prosesi gedir.Xatırladaq ki, bir müddət əvvəl İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub.Bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq bildirib ki, 2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi, İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445703774_167:0:2834:2000_1920x0_80_0_0_d79795b4e0b5891ec0221606fdd08dc0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazprom, iran
İran "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalayacaq
İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması üçün yardımı nəzərdə tutan memorandum imzalayıblar.
BAKI, 2 noyabr — Sputnik. İran dekabrda "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalamağı gözləyir. Bu barədə İran xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri bildirib.
İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması üçün yardımı nəzərdə tutan memorandum imzalayıblar. Bundan başqa, sənəd təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarını, LNG layihələrinin həyata keçirilməsini, ixrac qaz kəmərlərinin tikintisini əhatə edir. İranın "Shana" agentliyi şirkətlər arasında potensial sövdələşmənin həcminin 40 milyard dollar olduğunu bildirib.
"Rusiyanın "Qazprom"u ilə razılaşma təxminən 6,5 milyard dollarlıq sazişdir. Ümid edirik ki, qalan müqavilələr - 40 milyard dollar dəyərində - gələn ay imzalanacaq. İndi onlar haqqında danışıqlar aparılır", - Səfəri deyib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası ərəfəsində neft məhsullarının svop tədarükünə artıq başlanıldığını bildirib və qeyd edib ki, tərəflər müvafiq məhsulların çeşidinin genişləndirilməsi barədə razılığa gəliblər. O, həmçinin noyabrın sonuna kimi “Qazprom” və İranın konkret neft və qaz layihələri üzrə sazişlər imzalayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda texniki-iqtisadi parametrlərin hazırlanması prosesi gedir.
Xatırladaq ki, bir müddət əvvəl İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub.
Bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.
O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq bildirib ki, 2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi, İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır".