https://sputnik.az/20221102/qerb-rusiyaya-qarsi-informasiya-muharibesinde-santaj-ve-hede-qorxudan-istifade-edir-448147488.html
Qərb Rusiyaya qarşı informasiya müharibəsində şantaj və hədə-qorxudan istifadə edir
Qərb Rusiyaya qarşı informasiya müharibəsində şantaj və hədə-qorxudan istifadə edir
Sputnik Azərbaycan
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bu gün Rusiyaya qarşı informasiya aqressiyası təkcə saxta deyil, həm də... 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T13:25+0400
2022-11-02T13:25+0400
2022-11-02T13:25+0400
qərb
rusiya
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2933:1649_1920x0_80_0_0_9f46f0f0f59de67c23fcff8cdd439b80.jpg
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkədə yayılan saxta xəbərlərin sayı ildən-ilə radikal şəkildə artır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB ölkələrinin "Dəyişən dünyada medianın inkişafı" Media Forumunda deyib."Bu, müharibələri aparmaq üçün alətə çevrilib. Bu gün şəxsi məlumatlar, birbaşa şantaj, hədə-qorxu kimi psixoloji informasiya üsullarından istifadə olunur. Ortada olan sərhədlər belə pozulur. Bunun əsas nəticəsi insanı adi mühitdən, təməllərdən uzaqlaşdırmaqdır", - deyə Zaxarova bildirib.Onun fikrincə, Qərb tarixi "qara" informasiya ilə idarə edir."Qara" o mənada ki, kimin arxasında kimin dayandığına dair heç bir anlayış yoxdur. Bu, çox bulanıq bir məkandır. Hakimiyyətin istənilən təkzibi və ya çıxışı bloklanır, Qərbdə onlar mikrofonla çıxış etmirlər, sızıntılar vasitəsilə hərəkət edirlər", - deyən rəsmi nümayəndə vurğulayıb.Media-forumun kuluarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiyanın opponentləri hibrid müharibə çərçivəsində informasiya və psixoloji təsir üçün bütün variantlardan istifadə edirlər.Media forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiya əleyhdarları hibrid müharibə çərçivəsində psixoloji informasiya təsirinin bütün variantlarından istifadə edirlər."Bu, sadəcə təsir deyil, bir sıra komponentlərdən ibarət olan hücumdur, real təcavüzdür, bu, heç də yalnız saxtakarlıq, dezinformasiya deyil, düşmənlərimiz artıq birgə, hibrid texnologiyaların tətbiqi zamanı informasiya və psixoloji təsirdən, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin kombinasiyası və fərdi və saxta məlumatlar, onların hamısının birlikdə istifadəsinə keçiblər", - deyə Zaxarova jurnalistlərə bildirib.Onun sözlərinə görə, son illər Rusiyada sadə insanlar artıq oxşar informasiya müharibəsi ilə üzləşiblər – "mövcud olmayan hesablardan bank xidmətlərinə aid edilən zənglər, söhbət zamanı şəxsi məlumatlardan istifadə, saxtakarlıq sxemləri"."Bütün bunlar, indi göründüyü kimi, 2022-ci ilin fevralından xeyli əvvəl, artıq Ukrayna ərazisindən və ya xaricdə yaşayan bu ölkənin vətəndaşlarının istifadəsi ilə həyata keçirilirdi" deyən Zaxarova "bütün bunların görünməmiş ölçülərə çatdığını" qeyd edib.Forumun təşkilatçısı Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə "Rossiya Seqodnya" beynəlxalq media qrupudur.
https://sputnik.az/20221102/dmitri-kiselyov-qerble-informasiya-muharibesi-haqqinda-rusiya-hemise-heqiqeti-deyir-448146669.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2731:2048_1920x0_80_0_0_784c377920d1e1644c213fe9f3dd1e98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, mariya zaxarova
Qərb Rusiyaya qarşı informasiya müharibəsində şantaj və hədə-qorxudan istifadə edir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bu gün Rusiyaya qarşı informasiya aqressiyası təkcə saxta deyil, həm də psixoloji təsir baxımından hibrid texnologiyalardan ibarət bir sıra komponentləri özündə birləşdirir.
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkədə yayılan saxta xəbərlərin sayı ildən-ilə radikal şəkildə artır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB ölkələrinin "Dəyişən dünyada medianın inkişafı" Media Forumunda deyib.
"Bu, müharibələri aparmaq üçün alətə çevrilib. Bu gün şəxsi məlumatlar, birbaşa şantaj, hədə-qorxu kimi psixoloji informasiya üsullarından istifadə olunur. Ortada olan sərhədlər belə pozulur. Bunun əsas nəticəsi insanı adi mühitdən, təməllərdən uzaqlaşdırmaqdır", - deyə Zaxarova bildirib.
Onun fikrincə, Qərb tarixi "qara" informasiya ilə idarə edir.
"Qara" o mənada ki, kimin arxasında kimin dayandığına dair heç bir anlayış yoxdur. Bu, çox bulanıq bir məkandır. Hakimiyyətin istənilən təkzibi və ya çıxışı bloklanır, Qərbdə onlar mikrofonla çıxış etmirlər, sızıntılar vasitəsilə hərəkət edirlər", - deyən rəsmi nümayəndə vurğulayıb.
Media-forumun kuluarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiyanın opponentləri hibrid müharibə çərçivəsində informasiya və psixoloji təsir üçün bütün variantlardan istifadə edirlər.
Media forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiya əleyhdarları hibrid müharibə çərçivəsində psixoloji informasiya təsirinin bütün variantlarından istifadə edirlər.
"Bu, sadəcə təsir deyil, bir sıra komponentlərdən ibarət olan hücumdur, real təcavüzdür, bu, heç də yalnız saxtakarlıq, dezinformasiya deyil, düşmənlərimiz artıq birgə, hibrid texnologiyaların tətbiqi zamanı informasiya və psixoloji təsirdən, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin kombinasiyası və fərdi və saxta məlumatlar, onların hamısının birlikdə istifadəsinə keçiblər", - deyə Zaxarova jurnalistlərə bildirib.
Onun sözlərinə görə, son illər Rusiyada sadə insanlar artıq oxşar informasiya müharibəsi ilə üzləşiblər – "mövcud olmayan hesablardan bank xidmətlərinə aid edilən zənglər, söhbət zamanı şəxsi məlumatlardan istifadə, saxtakarlıq sxemləri".
"Bütün bunlar, indi göründüyü kimi, 2022-ci ilin fevralından xeyli əvvəl, artıq Ukrayna ərazisindən və ya xaricdə yaşayan bu ölkənin vətəndaşlarının istifadəsi ilə həyata keçirilirdi" deyən Zaxarova "bütün bunların görünməmiş ölçülərə çatdığını" qeyd edib.
Forumun təşkilatçısı Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə "Rossiya Seqodnya" beynəlxalq media qrupudur.