https://sputnik.az/20221102/putin-rusiyanin-taxil-sazisinde-istirakini-bir-sertle-qebul-edib-448175836.html
Putin Rusiyanın "taxıl sazişi"ndə iştirakını bir şərtlə qəbul edib
Putin Rusiyanın "taxıl sazişi"ndə iştirakını bir şərtlə qəbul edib
Sputnik Azərbaycan
Rusiya lideri diqqəti ona yönəldib ki, ilkin olaraq taxıl müqaviləsinin məqsədi dünyanın ən kasıb ölkələrinə kömək etmək olub, bunun üçün Ukraynanın... 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T21:00+0400
2022-11-02T21:00+0400
2022-11-02T22:56+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:3073:1728_1920x0_80_0_0_6a61fe67e1e188f7e9b0bda26e58afaa.jpg
BAKI, 2 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyinə taxıl sazişində iştirakın bərpası ilə bağlı göstərişlər verilib, lakin Kiyev zəmanətləri pozarsa, Rusiya ondan çıxmaq hüququnu özündə saxlayır.Bu sözləri Rusiya prezidenti Vladimir Putin ölkəsinin "taxıl sazişi"nə qayıtmasını şərh edərkən deyib. "Bununla əlaqədar mən Müdafiə Nazirliyinə bu işdə tam iştirakımızı bərpa etmək üçün göstəriş vermişəm. Eyni zamanda, Ukrayna bu zəmanətləri pozarsa, Rusiya bu sazişlərdən çıxmaq hüququnu özündə saxlayır", - deyə PutinTəhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib. Rusiya lideri diqqəti ona yönəldib ki, ilkin olaraq taxıl müqaviləsinin məqsədi dünyanın ən kasıb ölkələrinə kömək etmək olub. Bunun üçün Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmi yaradılıb. "Hamı bilir ki, təəssüf ki, Ukrayna bu humanitar dəhlizdən Rusiyanın Qara dəniz donanmasına zərbə endirmək üçün istifadə edib. Bununla əlaqədar biz taxıl karvanlarında iştirakımızı dayandırmaq qərarına gəldik", - Putin bildirib. Onun sözlərinə görə, Moskva Kiyevdən “gələcəkdə belə bir şeyin olmayacağına, humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair təminat və zəmanət” tələb edib. Müdafiə Nazirliyinin xətti ilə Türkiyə tərəfdən məlumat daxil olub ki, bu humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Ukrayna tərəfindən təminat verilib. Türkiyə bu vəziyyətin aydınlaşdırılmasında vasitəçi rolunu oynayıb. "Müdafiə Nazirliyinin xətti ilə Türkiyə tərəfdən məlumat daxil olub ki, Ukrayna tərəfindən belə təminat verilib - bu humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacaq", - Rusiya dövlətinin başçısı bildirib. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə apardığı danışıqlardan, Türkiyə və Rusiya müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra taxıl dəhlizinin bərpasına dair razılıq əldə olunduğunu bildirmişdi. Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın ərzaq müqaviləsində iştirakını bərpa etdiyini açıqlayıb. Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib. İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan “taxıl müqaviləsi” Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.
https://sputnik.az/20221101/erdogan-putinle-taxil-muqavilesini-muzakire-edib-448127780.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:2731:2048_1920x0_80_0_0_d5ed28948480f7ef9f67ca6cc5493aac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin Rusiyanın "taxıl sazişi"ndə iştirakını bir şərtlə qəbul edib
21:00 02.11.2022 (Yenilənib: 22:56 02.11.2022) Rusiya lideri diqqəti ona yönəldib ki, ilkin olaraq taxıl müqaviləsinin məqsədi dünyanın ən kasıb ölkələrinə kömək etmək olub, bunun üçün Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmi yaradılıb.
BAKI, 2 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyinə taxıl sazişində iştirakın bərpası ilə bağlı göstərişlər verilib, lakin Kiyev zəmanətləri pozarsa, Rusiya ondan çıxmaq hüququnu özündə saxlayır.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin ölkəsinin "taxıl sazişi"nə qayıtmasını şərh edərkən deyib.
"Bununla əlaqədar mən Müdafiə Nazirliyinə bu işdə tam iştirakımızı bərpa etmək üçün göstəriş vermişəm. Eyni zamanda, Ukrayna bu zəmanətləri pozarsa, Rusiya bu sazişlərdən çıxmaq hüququnu özündə saxlayır", - deyə PutinTəhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib.
Rusiya lideri diqqəti ona yönəldib ki, ilkin olaraq taxıl müqaviləsinin məqsədi dünyanın ən kasıb ölkələrinə kömək etmək olub. Bunun üçün Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmi yaradılıb.
"Hamı bilir ki, təəssüf ki, Ukrayna bu humanitar dəhlizdən Rusiyanın Qara dəniz donanmasına zərbə endirmək üçün istifadə edib. Bununla əlaqədar biz taxıl karvanlarında iştirakımızı dayandırmaq qərarına gəldik", - Putin bildirib.
Onun sözlərinə görə, Moskva Kiyevdən “gələcəkdə belə bir şeyin olmayacağına, humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair təminat və zəmanət” tələb edib.
Müdafiə Nazirliyinin xətti ilə Türkiyə tərəfdən məlumat daxil olub ki, bu humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Ukrayna tərəfindən təminat verilib. Türkiyə bu vəziyyətin aydınlaşdırılmasında vasitəçi rolunu oynayıb.
"Müdafiə Nazirliyinin xətti ilə Türkiyə tərəfdən məlumat daxil olub ki, Ukrayna tərəfindən belə təminat verilib - bu humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacaq", - Rusiya dövlətinin başçısı bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə apardığı danışıqlardan, Türkiyə və Rusiya müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra taxıl dəhlizinin bərpasına dair razılıq əldə olunduğunu bildirmişdi.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın ərzaq müqaviləsində iştirakını bərpa etdiyini açıqlayıb.
Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan “taxıl müqaviləsi” Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.