QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN: "Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub"

© Sputnik / Murad OrudjevXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son beynəlxalq günü münasibətilə paylaşım edib.
BAKI, 2 noyabr — Sputnik. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son beynəlxalq günü münasibətilə "Twitter" hesabındakı paylaşımında bildirilib.
"Bu gün Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son beynəlxalq günündə biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik", - paylaşımda qeyd olunub.
Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib:
"Salatın Əsgərova - 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub.
Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev - 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında helikopterin vurulması nəticəsində şəhidlik zirvəsinə ucalıblar.
Çingiz Mustafayev - 22 may 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş aparan zaman Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub.
Zibeydə Adilzadə - 28 noyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndi ərazisində erməni silahlı qüvvələrinin basdırdığı minaya düşərək həlak olub.
Sirac Abışov və Məhərrəm İbrahimov - 4 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun işğaldan azad edilmiş Susuzluq kəndi ərazisində yerləşdirdiyi minanın partlaması nəticəsində şəhid olublar", - XİN-dən bildirilib.
Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.
Xəbər lenti
0