Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Soçidə keçirilən üçtərəfli görüşün nəticələri

© Sputnik / Сергей БобылевOktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü
 - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Soçi bəyanatına həsr olunan tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq.
BAKI, 1 noyabr — Sputnik. Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Üçtərəfli görüşün yekunu olaraq 44 günlük müharibənin bitməsindən sonra qalan məsələlərin həllinə tərəflərin yanaşmalarını əks etdirən Soçi Bəyanatı qəbul edilib.
Noyabrın 2-də saat 12.00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Milli Məclisin deputatı Arzu Nağıyev görüşün yekunları və Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında kommunikasiyanın qurulmasının prioritetləri barədə danışacaq.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Xəbər lenti
0