Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ŞƏT-ə üzv dövlətlərlə ticarətin həcmi 156 milyard dolları ötüb - Mişustin

© Sputnik / Aleksandr Astafev / Mediabanka keçidRusiya Federasiyasının Baş naziri M. Mişustin
Rusiya Federasiyasının Baş naziri M. Mişustin - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Rusiyanın Baş naziri bildirib ki, 2022-ci ilin ilk səkkiz ayı ərzində Rusiyanın kənd təsərrüfatı məhsulları və ərzaq məhsulları üzrə xarici ticarətin həcmi dörddə bir artıb.
BAKI, 1 noyabr — Sputnik. Yanvar-avqust aylarında Rusiyanın ŞƏT ölkələri ilə ticarətinin həcmi üçdə birdən çox artaraq 156 milyard dolları keçib. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
ŞƏT ölkələri ilə ticarət
"Yanvar-avqust aylarında Rusiyanın ŞƏT-ə üzv dövlətlərlə ticarətinin həcmi üçdə birdən çox artıb və 156 milyard dolları ötüb. Biz bu müsbət tendensiyanın möhkəmləndirilməsi, bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün lazım olan hər şeyi etməyə davam edəcəyik", - Mişustin ŞƏT ölkələrinin hökumət başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin ilk səkkiz ayı ərzində Rusiyanın kənd təsərrüfatı məhsulları və ərzaq məhsulları üzrə xarici ticarətin həcmi dörddə bir artıb və bu yolda əməkdaşlığın genişləndirilməsi tələb olunur.

"Bu ilin səkkiz ayı ərzində təşkilata üzv dövlətlərlə Rusiyanın kənd təsərrüfatı məhsulları və ərzaq xarici ticarətinin həcmi təxminən dörddə bir artıb və təqribən 8,5 milyard dollar təşkil edib. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi son dərəcə tələb olunandır", - deyə Mişustin qeyd edib.

Taxıl müqaviləsi
Rusiya Federasiyasının Baş naziri bildirib ki, Rusiya gübrələri və ərzaq məhsullarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılaşmaların yerinə yetirilməməsinə baxmayaraq, Rusiya taxıl müqaviləsi çərçivəsində konstruktiv və məsuliyyətli fəaliyyət göstərib.
"Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı BMT-nin himayəsi altında "Qara Dəniz Təşəbbüsü" çərçivəsində konstruktiv şəkildə işləyib. Rusiyaya qarşı bütün qeyri-qanuni məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılaşmalara əməl edilməməsinə baxmayaraq, Rusiya gübrə və qida ilə bağlı üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirib", - deyə Mişustin bildirib.
Maliyyə sektorunda müstəqillik
Rusiya Federasiyasının Baş naziri ŞƏT-ə üzv ölkələrə öz maliyyə məlumatlarının və bank ödənişlərinin elektron mübadiləsi sistemini yaratmağı təklif edib.
"Digər ümumi vəzifə üçüncü ölkələrin maliyyə sektorunun təsirindən müstəqilliyə nail olmaqdır. Bunun üçün biz ŞƏT-də maliyyə məlumatlarının elektron mübadiləsi və bank ödənişləri sisteminin yaradılmasını təklif edirik", - Mişustin qeyd edib.
O, həmçinin milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməyə çağırıb.
"Məhz bu hesablaşmalar tədricən üstünlük təşkil etməyə başlayacaq. Çoxqütblü dünyanın suveren iqtisadi və maliyyə siyasətinin məntiqi belədir", - Rusiya Baş naziri vurğulayıb.
Xəbər lenti
0