Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu infrastrukturu vurmaqla Ukraynanın hərbi potensialını azaldır - Şoyqu

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu, arxiv şəkli
Rusiyanın müdafiə naziri Sergey Şoyqu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri selektor müşavirəsi keçirib.
BAKI, 1 noyabr - Sputnik. Rusiya Silahlı Qüvvələri düşmənin kritik infrastrukturunu vurmaqla Ukraynanın hərbi potensialını effektiv şəkildə azaldır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Dəqiq idarə olunan zərbələrlə biz hərbi infrastruktur obyektlərinə, eləcə də Ukraynanın hərbi potensialının azalmasına təsir edən obyektlərə effektiv zərbələr endirməyə davam edirik. Eyni zamanda, Ukrayna vətəndaşlarının ölümünün qarşısını almaq üçün hərtərəfli tədbirlər görülür”, - deyə Şoyqu çərşənbə axşamı keçirdiyi müşavirədə deyib.
O qeyd edib ki, “Kiyev rejimi dinc əhalini məhv etmək və sosial obyektləri dağıtmaq üçün terror aksiyaları həyata keçirməkdə davam edir”.

"Ukrayna silahlı qüvvələri Zaporojye atom elektrik stansiyasını, evakuasiya məntəqələrini və humanitar yardımın paylanıldığı yerləri atəşə tutmağı dayandırmır, qəsdən dinc əhali qruplarına hədəfli zərbələr endirir", - deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, düşmənin hava hücumlarının dəf edilməsi zamanı “son 10 gün ərzində 200-dən çox HIMARS raketi məhv edilib”.
Nazir həmçinin bildirib ki, xüsusi hərbi əməliyyat zonasında son iki həftə ərzində 200-ə yaxın əcnəbi muzdlu öldürülüb.
“Son iki həftə ərzində keçirilən xüsusi hərbi əməliyyat zamanı 190-dan çox əcnəbi muzdlu, 74 tank, 235 digər zirehli texnika, iki “HIMARS” reaktiv yaylım atəşi sistemi və 268 ağır pulemyotlu maşın məhv edilib”, - deyə Şoyqu bildirib.
Xəbər lenti
0