https://sputnik.az/20221101/kiyev-denizdeki-dehlizden-herbi-meqsedle--istifade-olunmayacagina-zemanet-vermelidir---xn-448131713.html
Kiyev dənizdəki dəhlizdən hərbi məqsədlə istifadə olunmayacağına zəmanət verməlidir - XİN
Kiyev dənizdəki dəhlizdən hərbi məqsədlə istifadə olunmayacağına zəmanət verməlidir - XİN
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşüb. 01.11.2022, Sputnik Azərbaycan
2022-11-01T19:41+0400
2022-11-01T19:41+0400
2022-11-01T19:41+0400
rusiya
qara dəniz
dəhliz
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 1 noyabr - Sputnik. Ukrayna Qara dənizdəki humanitar dəhlizin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin çərşənbə axşamı Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşündə deyib.“Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Kiyevin Sevastopola qarşı bu yaxınlarda törətdiyi terror aktı kontekstində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üzrə Qara Dəniz Təşəbbüsü təhlil edilib”, - deyə nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir.Şənbə günü səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirib.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qara dəniz, dəhliz, ukrayna
qara dəniz, dəhliz, ukrayna
Kiyev dənizdəki dəhlizdən hərbi məqsədlə istifadə olunmayacağına zəmanət verməlidir - XİN
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşüb.
BAKI, 1 noyabr - Sputnik. Ukrayna Qara dənizdəki humanitar dəhlizin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin çərşənbə axşamı Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşündə deyib.
“Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Kiyevin Sevastopola qarşı bu yaxınlarda törətdiyi terror aktı kontekstində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üzrə Qara Dəniz Təşəbbüsü təhlil edilib”, - deyə nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir.
“Rusiya tərəfi Ukraynanın Qara dənizdəki humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə etməmək üçün zəmanət verməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Şənbə günü səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.