Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa paytaxtlarının susqunluğu qəbuledilməzdir - Peskov

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Rusiya liderinin sözçüsü qeyd edib ki, Rusiya hələ ki, "Şimal axını"nı təmir etmək barədə qərar verməyib.
BAKI, 1 noyabr — Sputnik. Avropa paytaxtlarının "Şimal axını"nda terror aktı ilə bağlı susması qəbuledilməzdir, bu cür hərəkətlər cavabsız qala bilməz. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əslində, hələlik bizim xüsusi xidmət orqanlarının bizə verdiyi məlumatdan çıxış edirik. Onlarda Sevastopol körfəzinə hücum əməliyyatına rəhbərlik və koordinasiyanın Britaniya hərbi məsləhətçiləri tərəfindən həyata keçirilməsini göstərən məlumatlar və sübutlar var. Böyük Britaniyanın təxribatda iştirak etməsi həyati əhəmiyyətli enerji infrastrukturuna qarşı terror aktıdır. Bu, Rusiyaya deyil,beynəlxalq infrastruktura qarşı terror aktıdır", - Peskov bildirib.
Onun sözlərinə görə, bu məlumat hər kəs tərəfindən təhlil edilməlidir.
"Avropa ölkələrinin qəbuledilməz susqunluğuna baxmayaraq, bu təhlilin yenə də aparılacağını gözləyirik. Bu cür hərəkətləri belə qoymaq olmaz. Təbii ki, gələcək addımlar haqqında da düşünəcəyik. Bunsuz mümkün deyil", - Kremlin sözçüsü vurğulayıb.
Rusiya liderinin sözçüsü qeyd edib ki, Rusiya hələ ki, "Şimal axını"nı təmir etmək barədə qərar verməyib.
"Bu barədə heç bir qərar verilmədiyi halda ekspertlər qiymətləndirmə aparmalıdırlar", - o əlavə edib.
Rusiyanın "Şimal axını"nda terror aktı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmə ehtimalından danışan Peskov ilkin məlumatların toplanması və sistemləşdirilməsinin zəruriliyini vurğulayıb.
Rusiya ötən şənbə günü Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını elan edib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev rejimi britaniyalı mütəxəssislərin iştirakı ilə 9 pilotsuz uçuş aparatı və 7 avtonom dəniz pilotsuz nəqliyyat vasitəsilə Qara dəniz donanmasının gəmilərinə və Sevastopolda mülki gəmilərə qarşı terror aktı həyata keçirib. Onların hamısı məhv edilib.
Həmçinin ötən şənbə günü Rusiya Müdafiə Nazirliyi Britaniya Hərbi Dəniz Qüvvələrinin mütəxəssislərini sentyabr ayında "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarda əli olmaqda ittiham edib. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə "Şimal axını"nda baş verən partlayışlarda iştirak etmədiklərini bəyan edərək, Moskvanın bəyanatını "uydurma" adlandırıb.
Xəbər lenti
0