Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və Rusiya arasında milli valyuta ilə ticarət gündəmə gətirildi

© Pexels Anna TisRubl, arxiv şəkli
Rubl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri bildirib ki, üçüncü ölkənin valyutaları ikitərəfli kommersiya fəaliyyətinə əngəl törədirsə, başqa vasitələrdən istifadə etmək barədə düşünməlidirlər.
BAKI, 31 oktyabr — Sputnik. Üçüncü ölkələrin valyutası ikitərəfli kommersiya fəaliyyətinə mane olarsa, Moskva ilə Ankara arasında milli valyutalarla ticarətə dair razılaşma həyata keçirilməlidir. Bunu Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov hesab edir.
"Əminəm ki, bu, mümkündür və həyata keçirilməlidir. Əgər üçüncü ölkənin valyutaları ikitərəfli kommersiya fəaliyyətinə əngəl törədirsə, bu, o deməkdir ki, biz başqa vasitələrdən istifadə etmək barədə düşünməliyik. Həm Türkiyə, həm də Rusiyada bunlar mövcuddur. Şübhəsiz ki, bu, dünya ticarətinin gələcəyidir", – səfir Türkiyə KİV-nə müsahibəsində deyib.
Xatırladaq ki, avqustun 5-də Soçidə Rusiya qazının tədarükünün rublla qismən ödənilməsinə dair Rusiya və Türkiyə prezidentləri arasında danışıqlardan sonra razılaşma əldə olunub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bir çox ölkələr ABŞ dollarının etibarlı ehtiyat valyutası olmaqdan çıxdığı qənaətindədir.
"Təəssüf ki, dollar emissiya edən ölkə öz hərəkətləri ilə bu valyutaya olan inamı sarsıdıb və buna görə də tamamilə təbii şəkildə bir çox ölkələr öz ticarət dövriyyələrində dolların payını azaltmaq və onların milli valyutalarında hesablaşmaların payını artırmaq üçün imkanlar axtarırlar", - deyə Kreml nümayəndəsi bildirib.
Xəbər lenti
0