https://sputnik.az/20221031/bir-gunde-ukraynanin-400-den-cox-herbcisi-ve-13-pua-si-mehv-edilib---rusiya-mn-448077784.html
Bir gündə Ukraynanın 400-dən çox hərbçisi və 13 PUA-sı məhv edilib - Rusiya MN
Bir gündə Ukraynanın 400-dən çox hərbçisi və 13 PUA-sı məhv edilib - Rusiya MN
Sputnik Azərbaycan
Xüsusi əməliyyat başlayandan indiyədək 330-a yaxın təyyarə, 160-dan çox helikopter, 2400-ə yaxın PUA, 380-dən çox zenit-raket kompleksi, 6200-dən çox tank və... 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T17:34+0400
2022-10-31T17:34+0400
2022-10-31T17:34+0400
rusiya müdafiə nazirliyi
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444087839_0:160:3073:1888_1920x0_80_0_0_3c47902061dc28d136d4765ccdbad4dc.jpg
BAKI, 31 oktyabr — Sputnik. Luqansk vilayətində Rusiya hərbçiləri bir gündə 170-dən çox Ukrayna əsgərini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.Nazirliyin məlumatına görə, Krasno-Limanski (Qırmızı Liman) istiqamətində düşmən üç rotalı taktiki qrupu ilə Luqansk vilayətində hücum əməliyyatlarını keçirməyə cəhd edib."Düşmənin bütün hücumları dəf edilib. Döyüşlər zamanı Rusiya qoşunları 170-dən çox ukraynalı hərbçini, üç tankı, beş zirehli döyüş maşınını və doqquz avtomobili məhv edib", - nazirlikdən bildirilib.Kupyansk istiqamətiBununla yanaşı, Rusiya ordusu Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki rotalı taktiki qrupunu, həmçinin Xarkov və Luqansk vilayətində xarici muzdluların iki birləşməsini darmadağın edib."110-dan çox ukraynalı hərbçi və yaraqlı, bir tank, üç zirehli döyüş maşını, iki pikap və iki minik avtomobili məhv edib", - Rusiya Müdafiə Nazirliyi bildirib.Rusiya Silahlı Qüvvələri Xerson bölgəsində dörd hücumu dəf edibRusiya hərbçiləri Xerson vilayətində düşmənin hücum cəhdlərinin qarşısını alıb, 70-dən çox ukraynalı hərbçi və muzdlu əsgər məhv edilib.Qeyd olunur ki, Ukrayna hərbçiləri Xerson vilayətində rota taktiki qrupları ilə dörd dəfə hücuma cəhd ediblər. Rusiya bölmələrinin səyləri nəticəsində 70-dən çox ukraynalı hərbçi və muzdlu, beş zirehli texnika, yeddi avtomobil və Almaniyanın bir "Panzerhaubitze-2000" özüyeriyən artilleriya qurğusu darmadağın edilib."Rusiya bölmələrinin atəşə tutulması və qətiyyətli səyləri nəticəsində düşmən əvvəlki mövqeyinə geri qaytarılıb", - nazirlik əlavə edib.Donetsk istiqamətiRusiya ordusunun Donetsk istiqamətində aktiv səyləri nəticəsində 60-dan çox ukraynalı hərbçi məhv edilib."Donetsk istiqamətində Rusiya ordusunun bölmələri operativ əməliyyatları davam etdirib. Rusiya qoşunlarının hücum bölmələri və artilleriya atəşi nəticəsində sutka ərzində 60-dan çox ukraynalı hərbçi, bir tank, iki zirehli döyüş maşını və iki avtomobil darmadağın edilib", - nazirliyin məlumatında bildirilir.USQ-nin idarəetmə məntəqələriRusiya aviasiyası, raket qoşunları və artilleriyası bir sutka ərzində Ukrayna qoşunlarının Zaporojye və Nikolayev vilayətlərində səkkiz idarəetmə məntəqəsinə zərbələr endirib.Bundan əlavə, 136 rayonda atəş mövqelərindəki 57 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnika darmadağın edilib."Xerson vilayətinin Novaya Kamenka, Novoaleksandrovka, "Donetsk Xalq Respublikası"nın Ternı və Kolodezi yaşayış məntəqələri ərazilərində 4 silah-sursat anbarı siradan çıxarılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 13 PUA-nı, dörd HIMARS və "Olxa" reaktiv yaylım atəş sistemi (RYAS) mərmisini, həmçinin yeddi HARM antiradar raketini vurub."Xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə 328 təyyarə, 167 helikopter, 2393 pilotsuz uçuş aparatı, 384 zenit-raket kompleksi, 6213 tank və digər zirehli döyüş maşını, 879 RYAS, 3540 sahə artilleriya qurğuları və minaatan, həmçinin 6920 ədəd xüsusi hərbi avtomobil məhv edilib", - Rusiya Hərbi İdarənin açıqlamasında deyilir.Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələri qanadlı raketlərlə Ukrayna hərbi idarəetmə və enerji sistemlərinə, eləcə də Ukraynanın enerji sektoruna yeni zərbələr endirib."Havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə zərbələrin endirilməsi davam etdirilib. Zərbə hədəfləri uğurla nəticələnib. Bütün təyin olunmuş obyektlər məhv edilib", - nazirlik qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444087839_170:0:2901:2048_1920x0_80_0_0_2d0e93f38f9ba562c7e647ebe5836a97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya müdafiə nazirliyi, ukrayna
rusiya müdafiə nazirliyi, ukrayna
Bir gündə Ukraynanın 400-dən çox hərbçisi və 13 PUA-sı məhv edilib - Rusiya MN
Xüsusi əməliyyat başlayandan indiyədək 330-a yaxın təyyarə, 160-dan çox helikopter, 2400-ə yaxın PUA, 380-dən çox zenit-raket kompleksi, 6200-dən çox tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 31 oktyabr — Sputnik. Luqansk vilayətində Rusiya hərbçiləri bir gündə 170-dən çox Ukrayna əsgərini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Nazirliyin məlumatına görə, Krasno-Limanski (Qırmızı Liman) istiqamətində düşmən üç rotalı taktiki qrupu ilə Luqansk vilayətində hücum əməliyyatlarını keçirməyə cəhd edib.
"Düşmənin bütün hücumları dəf edilib. Döyüşlər zamanı Rusiya qoşunları 170-dən çox ukraynalı hərbçini, üç tankı, beş zirehli döyüş maşınını və doqquz avtomobili məhv edib", - nazirlikdən bildirilib.
Bununla yanaşı, Rusiya ordusu Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki rotalı taktiki qrupunu, həmçinin Xarkov və Luqansk vilayətində xarici muzdluların iki birləşməsini darmadağın edib.
"110-dan çox ukraynalı hərbçi və yaraqlı, bir tank, üç zirehli döyüş maşını, iki pikap və iki minik avtomobili məhv edib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya Silahlı Qüvvələri Xerson bölgəsində dörd hücumu dəf edib
Rusiya hərbçiləri Xerson vilayətində düşmənin hücum cəhdlərinin qarşısını alıb, 70-dən çox ukraynalı hərbçi və muzdlu əsgər məhv edilib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri Xerson vilayətində rota taktiki qrupları ilə dörd dəfə hücuma cəhd ediblər. Rusiya bölmələrinin səyləri nəticəsində 70-dən çox ukraynalı hərbçi və muzdlu, beş zirehli texnika, yeddi avtomobil və Almaniyanın bir "Panzerhaubitze-2000" özüyeriyən artilleriya qurğusu darmadağın edilib.
"Rusiya bölmələrinin atəşə tutulması və qətiyyətli səyləri nəticəsində düşmən əvvəlki mövqeyinə geri qaytarılıb", - nazirlik əlavə edib.
Rusiya ordusunun Donetsk istiqamətində aktiv səyləri nəticəsində 60-dan çox ukraynalı hərbçi məhv edilib.
"Donetsk istiqamətində Rusiya ordusunun bölmələri operativ əməliyyatları davam etdirib. Rusiya qoşunlarının hücum bölmələri və artilleriya atəşi nəticəsində sutka ərzində 60-dan çox ukraynalı hərbçi, bir tank, iki zirehli döyüş maşını və iki avtomobil darmadağın edilib", - nazirliyin məlumatında bildirilir.
USQ-nin idarəetmə məntəqələri
Rusiya aviasiyası, raket qoşunları və artilleriyası bir sutka ərzində Ukrayna qoşunlarının Zaporojye və Nikolayev vilayətlərində səkkiz idarəetmə məntəqəsinə zərbələr endirib.
Bundan əlavə, 136 rayonda atəş mövqelərindəki 57 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnika darmadağın edilib.
"Xerson vilayətinin Novaya Kamenka, Novoaleksandrovka, "Donetsk Xalq Respublikası"nın Ternı və Kolodezi yaşayış məntəqələri ərazilərində 4 silah-sursat anbarı siradan çıxarılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 13 PUA-nı, dörd HIMARS və "Olxa" reaktiv yaylım atəş sistemi (RYAS) mərmisini, həmçinin yeddi HARM antiradar raketini vurub.
"Xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə 328 təyyarə, 167 helikopter, 2393 pilotsuz uçuş aparatı, 384 zenit-raket kompleksi, 6213 tank və digər zirehli döyüş maşını, 879 RYAS, 3540 sahə artilleriya qurğuları və minaatan, həmçinin 6920 ədəd xüsusi hərbi avtomobil məhv edilib", - Rusiya Hərbi İdarənin açıqlamasında deyilir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələri qanadlı raketlərlə Ukrayna hərbi idarəetmə və enerji sistemlərinə, eləcə də Ukraynanın enerji sektoruna yeni zərbələr endirib.
"Havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə zərbələrin endirilməsi davam etdirilib. Zərbə hədəfləri uğurla nəticələnib. Bütün təyin olunmuş obyektlər məhv edilib", - nazirlik qeyd edib.