https://sputnik.az/20221030/a-rusiyani-taxil-sazisinde-istirakini-dayandirmaq-qerarina-yeniden-baxmaga-cagirib-448034641.html
Aİ Rusiyanı "taxıl sazişi"ndə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb
Aİ Rusiyanı "taxıl sazişi"ndə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb
Sputnik Azərbaycan
Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra... 30.10.2022, Sputnik Azərbaycan
2022-10-30T11:55+0400
2022-10-30T11:55+0400
2022-10-30T11:55+0400
rusiya
avropa ittifaqı
ağ ev
abş
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446841711_0:160:3072:1888_1920x0_80_0_0_2c299b2f4a4672b65177f1bdd5830464.jpg
BAKI, 30 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır.Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel özünün Twitter hesabında bildirib.Qeyd edək ki, Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.Ağ Evin "taxıl sazişi"nin dayandırılmasına reaksiyasıABŞ Rusiyanın taxıl müqaviləsində iştirakının dayandırılmasına münasibət bildirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrienn Uatson deyib ki, Moskvanın taxıl sazişindən imtina etməsi ərzaqdan silah kimi istifadəyə bənzəyir.Onun sözlərinə görə, bu, ehtiyacı olan ölkələrə və dünya ərzaq qiymətlərinə birbaşa təsir göstərəcək.ABŞ hakimiyyəti Rusiya Federasiyasını humanitar böhran və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.
https://sputnik.az/20221029/rusiya-ukraynanin-qara-deniz-donanmasi-gemilerine-hucumla-bagli-bmt-ts-iclasini-teleb-edib-448031395.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446841711_171:0:2902:2048_1920x0_80_0_0_f2130e65eab1b0eff54fcfde06227f71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa ittifaqı, ağ ev, abş, taxıl
avropa ittifaqı, ağ ev, abş, taxıl
Aİ Rusiyanı "taxıl sazişi"ndə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb
Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
BAKI, 30 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel özünün Twitter hesabında bildirib.
Qeyd edək ki, Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.
Ağ Evin "taxıl sazişi"nin dayandırılmasına reaksiyası
ABŞ Rusiyanın taxıl müqaviləsində iştirakının dayandırılmasına münasibət bildirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrienn Uatson deyib ki, Moskvanın taxıl sazişindən imtina etməsi ərzaqdan silah kimi istifadəyə bənzəyir.
Onun sözlərinə görə, bu, ehtiyacı olan ölkələrə və dünya ərzaq qiymətlərinə birbaşa təsir göstərəcək.
ABŞ hakimiyyəti Rusiya Federasiyasını humanitar böhran və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.