https://sputnik.az/20221029/sulhmeramlilarin-mandati-meselesi-socide-kecirilecek-gorusde-mueyyen-oluna-biler-448013895.html
Sülhməramlıların mandatı məsələsi Soçidə keçiriləcək görüşdə müəyyən oluna bilər
Sülhməramlıların mandatı məsələsi Soçidə keçiriləcək görüşdə müəyyən oluna bilər
Sputnik Azərbaycan
Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan... 29.10.2022, Sputnik Azərbaycan
2022-10-29T13:41+0400
2022-10-29T13:41+0400
2022-10-29T13:44+0400
qarabağ
dmitri peskov
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436721577_0:117:3225:1931_1920x0_80_0_0_7c57d0417f3c5508f561b849cf4f191f.jpg
BAKI, 29 oktyabr - Sputnik. RFsülhməramlılarının mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü məsələsinə Soçidə keçiriləcək Rusiya-Azərbaycan-Ermənistan sammitində aydınlıq gətirilə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə suala cavab vermək üçün görüşün özünü gözləməyi təklif edib.“Biz görüşün özünə qədər gözləmək lazımdır”, - deyə o bildirib.Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib. Sputnik Ermənistan xəbər verir ki, o, bunu “Mülki müqavilə” partiyasının VI qurultayında deyib. Qeyd edək ki, oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər. Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436721577_493:0:3224:2048_1920x0_80_0_0_c418a6306b95bd9098f9b0e84babc3f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, ermənistanın baş naziri nikol paşinyan
dmitri peskov, ermənistanın baş naziri nikol paşinyan
Sülhməramlıların mandatı məsələsi Soçidə keçiriləcək görüşdə müəyyən oluna bilər
13:41 29.10.2022 (Yenilənib: 13:44 29.10.2022) Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar nəzərdə tutulub.
BAKI, 29 oktyabr - Sputnik. RFsülhməramlılarının mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü məsələsinə Soçidə keçiriləcək Rusiya-Azərbaycan-Ermənistan sammitində aydınlıq gətirilə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə suala cavab vermək üçün görüşün özünü gözləməyi təklif edib.
“Biz görüşün özünə qədər gözləmək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib. Sputnik Ermənistan xəbər verir ki, o, bunu “Mülki müqavilə” partiyasının VI qurultayında deyib.
Qeyd edək ki, oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər. Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri planlaşdırılır.