Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynadan məhsulların ixracını dayandırıb - Səbəblər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası. Arxiv şəkli
Rusiya Müdafiə Nazirliyinin binası. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
BAKI, 29 oktyabr - Sputnik. Rusiya Sevastopol sularında baş vermiş terror aktı ilə əlaqədar Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırıb. Bu barədə şənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Şənbə günü səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimləri britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
“Oktyabrın 29-da Kiyev rejiminin Britaniya mütəxəssislərinin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi terror aktını nəzərə alaraq, Rusiya tərəfi “taxıl dəhlizi”ndə iştirakını dayandırır. Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsi”, - deyə nazirlikdən bildirilib.
Xəbər lenti
0