Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ucuz qiymətə Ukrayna taxılını tamamilə əvəz edə bilər - Nazirlik

© © Ministry of Agriculture of the Russian FederationRusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev, arxiv şəkli
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Rusiya Sevastopol sularında baş vermiş terror aktı ilə əlaqədar bu gün Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını bəyan edib.
BAKI, 29 oktyabr - Sputnik. Rusiya Ukrayna taxılını tamamilə əvəz etməyə və bütün maraqlı ölkələri sərfəli qiymətlərlə təmin etməyə hazırdır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev bildirib.
“Builki məhsulu nəzərə alaraq, Rusiya Federasiyası Ukrayna taxılını tamamilə əvəz etməyə və bütün maraqlı ölkələri sərfəli qiymətlərlə təmin etməyə hazırdır”, - deyə o bildirib.
nazir həmçinin əlavə edib ki, cari ildə Rusiyada artıq 150 milyon ton taxıl yığılıb və ölkənin cari mövsümdə ixrac potensialı 50 milyon tondan çox qiymətləndirilir.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemlərinin həlli ilə bağlı iki müvafiq sənəd imzalanıb.
Sənədlər tək paketdir. Birincisi, memorandum BMT-nin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətləri aradan qaldırmaq öhdəliyini öz üzərinə götürür. İkincisi, Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı alqoritmini müəyyənləşdirir. Bununla belə, Moskva qeyd edir ki, Rusiya Federasiyasından ixrac baxımından sövdələşmə hələ ki, işləmir.
Qeyd edək ki, bu gün Rusiya Sevastopol sularında baş vermiş terror aktı ilə əlaqədar Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırıb. Bu barədə şənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Şənbə günü səhər tezdən Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirdiyi barədə məlumat verilib.
Xəbər lenti
0