QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müharibənin 33-cü günü: Qiyaslı və Sarıyataqdan görüntülər

© AR Ministry of DefenceQubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri
Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
BAKI, 29 oktyabr - Sputnik. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.
Ermənistan ordusunun yüksək rütbəli bir neçə zabiti məhv edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır.
ANAMA-nın məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb.
Bərdədə mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri, işğalçı ordunun qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilib.
Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb.
Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Xəbər lenti
0