Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Göyərçinləri zombiyə çevirən virus insanlar üçün təhlükəli deyil - Rospotrebnadzor

© AFP 2024 / JOE KLAMARГолуби перед закрытыми будками рождественской ярмарки, фото из архива
Голуби перед закрытыми будками рождественской ярмарки, фото из архива  - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Alim bildirib ki, insanlarda adıçəkilən virus respirator xəstəliklərə xas əlamətlərlə müşayiət olunur və konyunktivit yarada bilər.
BAKI, 29 oktyabr - Sputnik. Böyük Britaniyada göyərçin zombilərinin yaranmasına səbəb olan quşların yalançı taun bəzən insanlarda da qeydə alınıb, lakin xəstəlik yüngül və zərərsizdir. Bu barədə RİA Novosti-yə "Rospotrebnadzor"un VB "Vektor" Dövlət Elmi Mərkəzinin Yekaterinburq Viral İnfeksiyalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri, biologiya elmləri doktoru Aleksandr Semyonov bildirib.
Onun sözlərinə görə, bir qədər əvvəl mediada Britaniyada göyərçinləri zombiyə çevirən paramiksovirusun yayıldığı barədə məlumat yayılıb ki, boyunları bükülmüş quşlar dairə çəkirmiş kimi, qəribə şəkildə gəzirlər.
“Nyukasl virusu risk qruplarından olan insanlarda vaxtaşırı qeydə alınır. Məsələn, xəstə quşlarla təmasda olan quşçuluq işçiləri. Lakin insanın bu virusa qarşı həssaslığı aşağıdır. Xəstəlik yüngül heç də quşlardakı kimi deyil, yüngül keçir”, - deyə Semyonov bildirib.
© The Food Safety Agency of the Republic of AzerbaijanAzərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq, arxiv şəkli
Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq, arxiv şəkli
Alim izah edib ki, insanlarda virus respirator xəstəliklərə xas əlamətlərlə müşayiət olunur və konyunktivit yarada bilər:
"Eyni zamanda, insanlar üçün bu virus hazırda təhlükə kəsb etmir".
Onun sözlərinə görə, Böyük Britaniyada göyərçinlərdə, yəqin ki, Nyukasl virusu və ya quş yalançı taunu var.
Qeyd olunur ki, quşçuluq sənayesində virus çox təhlükəli karantin infeksiyası hesab olunur, ondan qlobal quşçuluq sənayesinə dəyən zərər yalnız yüksək patogenli quş qripi ilə müqayisə edilə bilər. Semenov onu da bildirib ki, xəstə quşlar arasında ölüm halları 30%-ə çatır.
Xəbər lenti
0