https://sputnik.az/20221029/ermenistanin-uzerine-dusen-ohdeliklerini-yerine-yetirmesinde-israrliyiq---azerbaycan-xn-448029802.html
Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq - Azərbaycan XİN
Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq - Azərbaycan XİN
Sputnik Azərbaycan
Diplomat bildirib ki, artıq regionda vəziyyət o şəkildə inkişaf edir ki, "artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq". 29.10.2022, Sputnik Azərbaycan
2022-10-29T21:28+0400
2022-10-29T21:28+0400
2022-10-29T21:29+0400
qarabağ
azərbaycan xin
xələf xələfov
ermənistan
sülh
https://cdnn1.img.sputnik.az/img/40824/94/408249465_0:104:2000:1229_1920x0_80_0_0_72cde4fb1724ca971cd20eafdf0f72a7.jpg
BAKI, 29 oktyabr - Sputnik. “Biz sülh gündəliyinə sadiqik və sülhün bərqərar olmasını istəyirik. Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Kommunikasiyaların açılmasında israrlıyıq. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq. Təbii ki, bütün bunlar çərçivəsində sülh yarana bilər”.Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Ermənistan Baş nazirindən dalbadal açıqlamaların gəldiyini deyən diplomat bildirib ki, Azərbaycanın bundan sonrakı səyləri nəticəsində və beynəlxalq birliyin məsələyə daha ədalətli yanaşması ilə bölgədə sülh yaranacaq.Xarici işlər nazirinin müavini onu da bildirib ki, yaxın zamanlarda üçtərəfli görüş gözlənilir.Onun sözlərinə görə, Praqada əldə olunan razılaşmaların davamı olacaq:“Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir. Bu istiqamətdə siyasi iradə hər iki tərəfdə ardıcıl olmalıdır. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür”.Diplomat onu da bildirib ki, Ermənistan həm öz öhdəlikləri, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır.Xələf Xələfovun sözlərinə görə, Ermənistan müəyyən sənədlər imzaladığından götürdüyü öhdəlikləri yerinə yetirməlidir.“Bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addlmları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır”, - deyə nazir müavini bildirib.Xələf Xələfovun sözlərinə görə, Ermənistan hər gün fərqli bəyanatlar verir.“Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”,- deyə Xələf Xələfov əlavə edib.Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Azərbaycanla sülh müqaviləsinin əsasını təşkil edəcək sənədi imzalamağa hazır olduğunu dilə gətirib. O, bu barədə ermənistanda hakim “Mülki müqavilə” partiyasının VI qurultayında deyib.“Bazar ertəsi Soçidə mən 15 bənd əsasında razılığın əldə olunmasına dair sənədi rəsmi qəbul etməyə və tələb olunarsa, üçtərəfli bəyanat formatında imzalamağa, yəni bu sənədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas kimi qəbul etməyə hazıram”, - deyə Paşinyan bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40824/94/408249465_249:77:1853:1280_1920x0_80_0_0_0624602f9250bb03f1ecc36071756132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, xələf xələfov, ermənistan, sülh
azərbaycan xin, xələf xələfov, ermənistan, sülh
Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq - Azərbaycan XİN
21:28 29.10.2022 (Yenilənib: 21:29 29.10.2022) Diplomat bildirib ki, artıq regionda vəziyyət o şəkildə inkişaf edir ki, "artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq".
BAKI, 29 oktyabr - Sputnik. “Biz sülh gündəliyinə sadiqik və sülhün bərqərar olmasını istəyirik. Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Kommunikasiyaların açılmasında israrlıyıq. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq. Təbii ki, bütün bunlar çərçivəsində sülh yarana bilər”.
Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Ermənistan Baş nazirindən dalbadal açıqlamaların gəldiyini deyən diplomat bildirib ki, Azərbaycanın bundan sonrakı səyləri nəticəsində və beynəlxalq birliyin məsələyə daha ədalətli yanaşması ilə bölgədə sülh yaranacaq.
Xarici işlər nazirinin müavini onu da bildirib ki, yaxın zamanlarda üçtərəfli görüş gözlənilir.
Onun sözlərinə görə, Praqada əldə olunan razılaşmaların davamı olacaq:
“Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir. Bu istiqamətdə siyasi iradə hər iki tərəfdə ardıcıl olmalıdır. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür”.
Diplomat onu da bildirib ki, Ermənistan həm öz öhdəlikləri, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan müəyyən sənədlər imzaladığından götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
“Bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addlmları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır”, - deyə nazir müavini bildirib.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan hər gün fərqli bəyanatlar verir.
“Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”,- deyə Xələf Xələfov əlavə edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Azərbaycanla sülh müqaviləsinin əsasını təşkil edəcək sənədi imzalamağa hazır olduğunu dilə gətirib. O, bu barədə ermənistanda hakim “Mülki müqavilə” partiyasının VI qurultayında deyib.
“Bazar ertəsi Soçidə mən 15 bənd əsasında razılığın əldə olunmasına dair sənədi rəsmi qəbul etməyə və tələb olunarsa, üçtərəfli bəyanat formatında imzalamağa, yəni bu sənədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas kimi qəbul etməyə hazıram”, - deyə Paşinyan bildirib.