https://sputnik.az/20221028/putin-ermenistan-azerbaycan-munasibetlerinin-normallasmasi-ucun-elimizden-geleni-edirik-447983649.html
Putin: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlimizdən gələni edirik"
Putin: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlimizdən gələni edirik"
Sputnik Azərbaycan
Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir. 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T15:09+0400
2022-10-28T15:09+0400
2022-10-28T15:18+0400
rusiya prezidenti vladimir putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447965905_0:0:2952:1662_1920x0_80_0_0_8fb6a64d6417e34d1a96e33c68dc5e84.jpg
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlindən gələni edir və bu iki dövlət arasındakı ziddiyyətlərdən kənarda qala bilməz. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib."Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, bu gün də biz Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik", - deyə Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı bildirib."Biz hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında olan problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə həmişə hazırıq. Ümumiyyətlə, biz Cənubi Qafqaz regionunun sakit və davamlı inkişafında maraqlıyıq", - deyə o vurğulayıb. Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir."Bu, hamıya aydındır: yaxın keçmişdə həm Azərbaycan, həm də Ermənistan və Rusiya - biz hamımız vahid dövlətin parçası olmuşuq. Bizim həm Yerevan, həm də Bakı ilə çoxlu əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil", - Rusiya Federasiyasının prezidenti əlavə edib.
https://sputnik.az/20221028/ceyhun-bayramovla-blinkenin-komekcisi-arasinda-telefon-danisigi-olub-447983266.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447965905_0:0:2372:1779_1920x0_80_0_0_c0bfa2d897352c1d8461dd0db0914372.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin
rusiya prezidenti vladimir putin
Putin: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlimizdən gələni edirik"
15:09 28.10.2022 (Yenilənib: 15:18 28.10.2022) Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir.
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlindən gələni edir və bu iki dövlət arasındakı ziddiyyətlərdən kənarda qala bilməz. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, bu gün də biz Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik", - deyə Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
"Biz hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında olan problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə həmişə hazırıq. Ümumiyyətlə, biz Cənubi Qafqaz regionunun sakit və davamlı inkişafında maraqlıyıq", - deyə o vurğulayıb.
Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir.
"Bu, hamıya aydındır: yaxın keçmişdə həm Azərbaycan, həm də Ermənistan və Rusiya - biz hamımız vahid dövlətin parçası olmuşuq. Bizim həm Yerevan, həm də Bakı ilə çoxlu əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil", - Rusiya Federasiyasının prezidenti əlavə edib.