https://sputnik.az/20221028/putin-avropalilari-ve-amerikalilari-rusiyanin-dusmen-olduguna-inanmamaga-cagirib-447978861.html
Putin avropalıları və amerikalıları Rusiyanın düşmən olduğuna inanmamağa çağırıb
Putin avropalıları və amerikalıları Rusiyanın düşmən olduğuna inanmamağa çağırıb
Sputnik Azərbaycan
Putin qeyd edib ki, Rusiyanın həm Avropada, həm də Amerikada çoxlu dostları var və ölkə əhalinin bu hissəsinə arxalanaraq kollektiv Qərblə münasibətlər... 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T18:10+0400
2022-10-28T18:10+0400
2022-10-28T18:20+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_0:0:3117:1754_1920x0_80_0_0_fec18aa60d5702e723489a3f6e337084.jpg
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin avropalılara və amerikalılara Rusiyanın düşmən olduğuna inanmamağı tövsiyə edib.O, "Valday" Beynəlxalq Diskussiya Klubunun "Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda keçirilən 19-cu iclasının plenar iclasında iştirak edib."Qərb ölkələrinin - həm ABŞ-ın, həm də Avropanın sadə vətəndaşlarına mesajımıza gəlincə isə, mən ən əsas bunları demək istəyirəm: daha yüksək maaşlar uğrunda mübarizə aparın. Bu, birincidir. İkincisi - Rusiyanın sizin düşməniniz, hətta rəqibiniz olduğuna inanmayın. Rusiya sizin dostunuzdur", - deyə Putin bildirib.O vurğulayıb ki, Rusiyanın heç vaxt Avropa dövlətləri və ABŞ-a qarşı pis niyyəti olmayıb."Biz bilirik ki, Rusiyanın orada çoxlu dostu var. Biz Avropa ölkələri və ABŞ əhalisinin bu hissəsinə arxalanaraq, "kollektiv Qərb"lə münasibətlərimizi quracağıq".Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır. Sanksiyalar isə bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.Bu ərəfədə Qərbdə dəfələrlə belə fikirlər səslənib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar səmərəsizdir, onlar Qərb ölkələrinə zərbə vurur və ləğv edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_187:0:2918:2048_1920x0_80_0_0_adbc300cc9f772b4cb0526088890f01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin
putin, rusiya prezidenti vladimir putin
Putin avropalıları və amerikalıları Rusiyanın düşmən olduğuna inanmamağa çağırıb
18:10 28.10.2022 (Yenilənib: 18:20 28.10.2022) Putin qeyd edib ki, Rusiyanın həm Avropada, həm də Amerikada çoxlu dostları var və ölkə əhalinin bu hissəsinə arxalanaraq kollektiv Qərblə münasibətlər quracaq.
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin avropalılara və amerikalılara Rusiyanın düşmən olduğuna inanmamağı tövsiyə edib.
O, "Valday" Beynəlxalq Diskussiya Klubunun "Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda keçirilən 19-cu iclasının plenar iclasında iştirak edib.
"Qərb ölkələrinin - həm ABŞ-ın, həm də Avropanın sadə vətəndaşlarına mesajımıza gəlincə isə, mən ən əsas bunları demək istəyirəm: daha yüksək maaşlar uğrunda mübarizə aparın. Bu, birincidir. İkincisi - Rusiyanın sizin düşməniniz, hətta rəqibiniz olduğuna inanmayın. Rusiya sizin dostunuzdur", - deyə Putin bildirib.
O vurğulayıb ki, Rusiyanın heç vaxt Avropa dövlətləri və ABŞ-a qarşı pis niyyəti olmayıb.
"Biz bilirik ki, Rusiyanın orada çoxlu dostu var. Biz Avropa ölkələri və ABŞ əhalisinin bu hissəsinə arxalanaraq, "kollektiv Qərb"lə münasibətlərimizi quracağıq".
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır. Sanksiyalar isə bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Bu ərəfədə Qərbdə dəfələrlə belə fikirlər səslənib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar səmərəsizdir, onlar Qərb ölkələrinə zərbə vurur və ləğv edilməlidir.