Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mixail Mişustin: "Rusiya etibarlı müttəfiq və ticarət tərəfdaşı olaraq qalır"

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidПредседатель правительства РФ Михаил Мишустин
Председатель правительства РФ Михаил Мишустин  - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Rusiyanın baş naziri bildirib ki, qlobal iqtisadiyyatdakı mövcud çətinliklərə baxmayaraq, ölkəsi MDB ölkələrinin etibarlı tərəfdaşı olaraq qalır.
BAKI, 28 oktyabr — Sputnik. Moskva qlobal iqtisadiyyatdakı mövcud çətinliklərə baxmayaraq, MDB ölkələrinin etibarlı tərəfdaşı olaraq qalır. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
MDB Hökumət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında o bildirib ki, dünya iqtisadi sistemi hazırda çətin dövrlərdən keçir.
"Lakin belə şəraitdə MDB çərçivəsində qarşılıqlı fəaliyyət inkişaf etməkdə davam edir. Rusiya etibarlı müttəfiq və ticarət tərəfdaşı olaraq qalır. Biz ən yaxın qonşularımızın və tərəfdaşlarımızın maraqlarına diqqətli və hörmətlə yanaşırıq", - Mişustin vurğulayıb.
Bir müddət əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin "Made in Russia" forumunun plenar iclasında bildirmişdi ki, qeyri-dost ölkələr sanksiyalarla Rusiya Federasiyasına zərər vurmağa çalışdılar, lakin bütün hərəkətləri onların özünə zərər vurdu.
"Dost olmayan ölkələr yeni sanksiyalar paketləri təqdim edərək, biznes ictimaiyyətini qorxutmaq istəyib, sənayemizə, maliyyə sistemimizə mümkün qədər çox ziyan vurmağa çalışdı. Sadə dillə desək, Rusiyanın yüz milyardlarla dollar valyuta ehtiyatı oğurlanıb. Qaz nəqli infrastrukturu terror hücumlarına məruz qalıb", - deyə Mişustin qeyd edib.
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
SİYASƏT
KTMT-nin iclası Azərbaycan-Ermənistan-Rusiya sammitindən əvvəl keçiriləcək - Peskov
Xəbər lenti
0