https://sputnik.az/20221027/rusiya-ukraynanin-mi-8-helikopterini-vurub-447941477.html
Rusiya Ukraynanın Mi-8 helikopterini vurub
Rusiya Ukraynanın Mi-8 helikopterini vurub
Sputnik Azərbaycan
RF Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava hücumundan müdafiə sistemləri sutka ərzində Xerson vilayətində və "DXR"də dörd Ukrayna pilotsuz uçan... 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T15:57+0400
2022-10-27T15:57+0400
2022-10-27T16:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
xerson
helikopter
hava hücumundan müdafiə sistemi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447680506_0:286:3130:2047_1920x0_80_0_0_a3558a4fb75d186388bb44c5e9bc706b.jpg
BAKI, 27 oktyabr — Sputnik. Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 helikopteri vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.Onun sözlərinə görə, Xerson vilayətinin Antonovka kəndi yaxınlığında ABŞ-ın HIMARS reaktiv yaylım atəş sisteminin altı mərmisi vurulub.Konaşenkov bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Xerson vilayətində və "DXR"də dörd Ukrayna pilotsuz uçan aparatını da məhv edib."Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 326 təyyarə, 163 helikopter, 2353 pilotsuz uçuş aparatı, 383 zenit-raket kompleksi, 6104 tank və digər zirehli döyüş maşını, 876 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3531 səhra artilleriya qurğuları və minaatan, həmçinin 6805 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - deyə o bildirib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447680506_401:0:3130:2047_1920x0_80_0_0_4a25c18ecb1295b6126a08c5dea7f2e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, xerson, helikopter, hava hücumundan müdafiə sistemi
rusiya, ukrayna, xerson, helikopter, hava hücumundan müdafiə sistemi
Rusiya Ukraynanın Mi-8 helikopterini vurub
15:57 27.10.2022 (Yenilənib: 16:01 27.10.2022) RF Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava hücumundan müdafiə sistemləri sutka ərzində Xerson vilayətində və "DXR"də dörd Ukrayna pilotsuz uçan aparatını da məhv edib.
BAKI, 27 oktyabr — Sputnik. Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 helikopteri vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Xerson vilayətinin Antonovka kəndi yaxınlığında ABŞ-ın HIMARS reaktiv yaylım atəş sisteminin altı mərmisi vurulub.
Konaşenkov bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Xerson vilayətində və "DXR"də dörd Ukrayna pilotsuz uçan aparatını da məhv edib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 326 təyyarə, 163 helikopter, 2353 pilotsuz uçuş aparatı, 383 zenit-raket kompleksi, 6104 tank və digər zirehli döyüş maşını, 876 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3531 səhra artilleriya qurğuları və minaatan, həmçinin 6805 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - deyə o bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.