https://sputnik.az/20221027/qlobal-ticaretden-fovqel-korporasiyalar-deyil-ekseriyyet-faydalanmalidir---putin-447958107.html
Qlobal ticarətdən fövqəl korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır - Putin
Qlobal ticarətdən fövqəl korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti deyib ki, Qərbin siyasi, iqtisadi, ideoloji monopoliyasına birbaşa təhlükə dünyada daha effektiv alternativ sosial modellərin yaranma... 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T21:55+0400
2022-10-27T21:55+0400
2022-10-27T22:13+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
"valday" klub fondu
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447955211_0:272:3157:2048_1920x0_80_0_0_5cecc213337f0ed83f468d36b9cfd224.jpg
BAKI, 27 oktyabr - Sputnik. Dünya ticarətindən fövqəl zəngin korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır. Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib. "Birlikdə hamı daha çox qazanacaq, nəinki ayrı-ayrılıqda. Fərdi şəkildə fövqəl zəngin korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır", - prezident bildirib.O vurğulayıb ki, Rusiya iqtisadiyyatı, sosial sistemi, resurs bazası, infrastrukturu bir-birini tamamlayan qonşu dövlətlərin qarşılıqlı fəaliyyətinə əsaslanan geniş məkanların yaradılması mexanizmlərinin daha fəal işə salınmasını vacib hesab edir."Belə böyük məkanlar əslində çoxqütblü dünya nizamının əsasını, iqtisadi əsasını təşkil edir. Onların dialoqundan bəşəriyyətin əsl birliyi yaranır. Bu isə bəzi Qərb ideoloqlarının sadələşdirilmiş ideyalarından qat-qat mürəkkəb, orijinal və çoxölçülüdür", - Putin əlavə edib. Qərb modelinə alternativlərRusiya dövlətinin başçısı qeyd edib ki, Qərbin siyasi, iqtisadi, ideoloji monopoliyasına birbaşa təhlükə dünyada daha effektiv alternativ sosial modellərin yarana bilmə ehtimalıdır. Bu isə "mövcud olanlardan daha parlaq və cəlbedicidir"."Belə modellər mütləq inkişaf edəcək, bu qaçılmazdır", - Putin izah edib.Ticarətdə milli valyutalara keçidRusiya Federasiyasının prezidenti hesab edir ki, milli valyutalara keçid sürət qazanacaq, belə hesablaşmalar üstünlük təşkil edəcək: "Milli valyutalarda hesablaşmalara keçid aktiv şəkildə sürət qazanacaq. Bu, qaçılmazdır. Bu, əlbəttə ki, sözügedən valyutaların emitentlərinin, onların iqtisadiyyatlarının vəziyyətindən asılıdır. Lakin onlar güclənəcəklər və belə hesablamalar, təbii ki, getdikcə üstünlük təşkil edəcək”.Putinin fikrincə, çoxqütblü dünyanın suveren iqtisadi-maliyyə siyasətinin məntiqi belədir."İlk növbədə, biz hesab edirik ki, yeni dünya düzəni qanuna və haqqa əsaslanmalı, azad, orijinal və ədalətli olmalıdır. Beləliklə, dünya iqtisadiyyatı və ticarəti daha ədalətli və açıq olmalıdır", - prezident deyib.Dövlət başçısı qeyd edib ki, Rusiya yeni beynəlxalq maliyyə platformalarının, o cümlədən beynəlxalq hesablaşmaların məqsədləri üçün formalaşmasını qaçılmaz hesab edir:“Belə platformalar milli yurisdiksiyalardan kənarda olmalı, təhlükəsiz, siyasətdən kənarda qalmalı, avtomatlaşdırılmalı və heç bir idarəetmə mərkəzindən asılı olmamalıdır. Bunu etmək olar, ya yox? Əlbəttə, olar. Bunun üçün çoxlu səy, bir çox ölkələrin birgə səyləri tələb olunacaq. Amma bunu etmək mümkündür".
https://sputnik.az/20221027/putin-hec-kim-rusiyaya-cemiyyeti-nece-qurmagi-dikte-ede-bilmez-447955841.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447955211_0:0:2731:2048_1920x0_80_0_0_be5d45504d21700300adb3ef0b48aee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, "valday" klub fondu
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, "valday" klub fondu
Qlobal ticarətdən fövqəl korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır - Putin
21:55 27.10.2022 (Yenilənib: 22:13 27.10.2022) Rusiya prezidenti deyib ki, Qərbin siyasi, iqtisadi, ideoloji monopoliyasına birbaşa təhlükə dünyada daha effektiv alternativ sosial modellərin yaranma ehtimalıdır.
BAKI, 27 oktyabr - Sputnik. Dünya ticarətindən fövqəl zəngin korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.
"Birlikdə hamı daha çox qazanacaq, nəinki ayrı-ayrılıqda. Fərdi şəkildə fövqəl zəngin korporasiyalar deyil, əksəriyyət faydalanmalıdır", - prezident bildirib.
O vurğulayıb ki, Rusiya iqtisadiyyatı, sosial sistemi, resurs bazası, infrastrukturu bir-birini tamamlayan qonşu dövlətlərin qarşılıqlı fəaliyyətinə əsaslanan geniş məkanların yaradılması mexanizmlərinin daha fəal işə salınmasını vacib hesab edir.
"Belə böyük məkanlar əslində çoxqütblü dünya nizamının əsasını, iqtisadi əsasını təşkil edir. Onların dialoqundan bəşəriyyətin əsl birliyi yaranır. Bu isə bəzi Qərb ideoloqlarının sadələşdirilmiş ideyalarından qat-qat mürəkkəb, orijinal və çoxölçülüdür", - Putin əlavə edib.
Qərb modelinə alternativlər
Rusiya dövlətinin başçısı qeyd edib ki, Qərbin siyasi, iqtisadi, ideoloji monopoliyasına birbaşa təhlükə dünyada daha effektiv alternativ sosial modellərin yarana bilmə ehtimalıdır.
Bu isə "mövcud olanlardan daha parlaq və cəlbedicidir".
"Belə modellər mütləq inkişaf edəcək, bu qaçılmazdır", - Putin izah edib.
Ticarətdə milli valyutalara keçid
Rusiya Federasiyasının prezidenti hesab edir ki, milli valyutalara keçid sürət qazanacaq, belə hesablaşmalar üstünlük təşkil edəcək:
"Milli valyutalarda hesablaşmalara keçid aktiv şəkildə sürət qazanacaq. Bu, qaçılmazdır. Bu, əlbəttə ki, sözügedən valyutaların emitentlərinin, onların iqtisadiyyatlarının vəziyyətindən asılıdır. Lakin onlar güclənəcəklər və belə hesablamalar, təbii ki, getdikcə üstünlük təşkil edəcək”.
Putinin fikrincə, çoxqütblü dünyanın suveren iqtisadi-maliyyə siyasətinin məntiqi belədir.
"İlk növbədə, biz hesab edirik ki, yeni dünya düzəni qanuna və haqqa əsaslanmalı, azad, orijinal və ədalətli olmalıdır. Beləliklə, dünya iqtisadiyyatı və ticarəti daha ədalətli və açıq olmalıdır", - prezident deyib.
Dövlət başçısı qeyd edib ki, Rusiya yeni beynəlxalq maliyyə platformalarının, o cümlədən beynəlxalq hesablaşmaların məqsədləri üçün formalaşmasını qaçılmaz hesab edir:
“Belə platformalar milli yurisdiksiyalardan kənarda olmalı, təhlükəsiz, siyasətdən kənarda qalmalı, avtomatlaşdırılmalı və heç bir idarəetmə mərkəzindən asılı olmamalıdır. Bunu etmək olar, ya yox? Əlbəttə, olar. Bunun üçün çoxlu səy, bir çox ölkələrin birgə səyləri tələb olunacaq. Amma bunu etmək mümkündür".