Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərbi qanlı, təhlükəli və çirkin oyun oynamaqda günahlandırdı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Putin Qərbi Ukraynada müharibəni alovlandırmaqda, Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.
BAKI, 27 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında Qərbi qanlı və təhlükəli oyun oynamaqda günahlandırıb.
"Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir, qanlı, təhlükəli və çirkin oyun oynayır", - Putin “Valday” klubunun bugünkü iclasında deyib.
O, son aylarda Qərbin eskalasiya naminə bir sıra addımlar atdığını vurğulayıb.
Putin Qərbi Ukraynada müharibəni alovlandırmaqda, Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.
Qeyd edək ki, “Valday” klubunun builki toplantı oktyabrın 24-dən 27-dək keçirilir və “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunub.
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 27.10.2022
RUSİYA
Putin "Valday" klubunun iclasında dünyaya vacib mesajlar verir
Xəbər lenti
0