https://sputnik.az/20221027/putin-ermenistan-rehberliyinin-tutdugu-yolun-bugunku-veziyyete-getirib-cixardigini-deyib-447960321.html
Putin Ermənistan rəhbərliyinin tutduğu yolun bugünkü vəziyyətə gətirib çıxardığını deyib
Putin Ermənistan rəhbərliyinin tutduğu yolun bugünkü vəziyyətə gətirib çıxardığını deyib
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözlərinə görə, Ermənistan rəhbərliyinə beş rayonu Azərbaycana qaytarmağı təklif edib, lakin onlar razılaşmayıblar, nəticədə hazırkı... 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T22:27+0400
2022-10-27T22:27+0400
2022-10-28T01:20+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
qarabağ
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447966544_0:0:3153:1774_1920x0_80_0_0_6a4fd9a7e8f4a7ce657a091d29911efe.jpg
BAKI, 27 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin deyib ki, uzun illər Rusiya Ermənistana azərbaycanlıların qovulduğu 5 rayonunu Bakıya qaytarmaqla Qarabağ məsələsini həll etməyi təklif edib, lakin İrəvan öz yolu ilə gedib. “Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək".Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun bugünkü plenar iclasında deyib.Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib:“Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür".Putin əlavə edib ki, azərbaycanlıların öz torpaqlarına qaytarılması ədalətli olardı: "Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”.Sülh müqaviləsi məsələsi"Moskvanın mövqeyi ondan ibarətdir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır", - Putin deyib. "Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq", - Rusiya prezidenti izah edib.Onun sözlərinə görə, Rusiya heç kimə nəyisə məcbur etmək fikrində deyil, lakin hesab edir ki, gələcək sülh müqaviləsində bütün tərəflərin maraqlarına riayət edilməlidir.
https://sputnik.az/20221027/biz-ermenistani-sulhe-mecbur-ede-bilmerik---putin-447954705.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447966544_424:0:3153:2047_1920x0_80_0_0_262fe39edcab11ec2800eb57bab20cf0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, qarabağ, ermənistan
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, qarabağ, ermənistan
Putin Ermənistan rəhbərliyinin tutduğu yolun bugünkü vəziyyətə gətirib çıxardığını deyib
22:27 27.10.2022 (Yenilənib: 01:20 28.10.2022) Rusiya prezidentinin sözlərinə görə, Ermənistan rəhbərliyinə beş rayonu Azərbaycana qaytarmağı təklif edib, lakin onlar razılaşmayıblar, nəticədə hazırkı vəziyyət yaranıb.
BAKI, 27 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin deyib ki, uzun illər Rusiya Ermənistana azərbaycanlıların qovulduğu 5 rayonunu Bakıya qaytarmaqla Qarabağ məsələsini həll etməyi təklif edib, lakin İrəvan öz yolu ilə gedib.
“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun bugünkü plenar iclasında deyib.
Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib:
“Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür".
Putin əlavə edib ki, azərbaycanlıların öz torpaqlarına qaytarılması ədalətli olardı:
"Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”.
"Moskvanın mövqeyi ondan ibarətdir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır", - Putin deyib.
"Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq", - Rusiya prezidenti izah edib.
Onun sözlərinə görə, Rusiya heç kimə nəyisə məcbur etmək fikrində deyil, lakin hesab edir ki, gələcək sülh müqaviləsində bütün tərəflərin maraqlarına riayət edilməlidir.