Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır-FOTO

© Photo : Ministry of Energy (Azerbaijan)Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır
Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. Tərəflər sənaye, ticarət, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar", "Tahirkənd-Qazmalar", həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində "Samur", "Xanoba" sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.
Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfdən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir.
© Photo : Ministry of Energy (Azerbaijan)Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır
Глава Минэкономики АР Микаил Джаббаров, вице-премьер АР Шахин Мустафаев и вице-премьер РФ Алексей Оверчук посетили пункты пропуска на азербайджано-российской границе - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır
Rusiya tərəfi isə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyətlə təmsil olunub.
Sonra Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb.
Qeyd edilib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. "Xanoba" sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcəkdir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Aleksey Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
© Photo : Ministry of Energy (Azerbaijan)Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır
Глава Минэкономики АР Микаил Джаббаров, вице-премьер АР Шахин Мустафаев и вице-премьер РФ Алексей Оверчук посетили пункты пропуска на азербайджано-российской границе - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Azərbaycanla Rusiya arasında sərhəd-keçid imkanları artırılır
Qeyd edək ki, Bakıda XV Avrasiya İqtisadi Forumu öz işinə başlayıb. 27-28 oktyabrda iştirakçılar Böyük Avrasiyada iqtisadiyyat və maliyyə, səhiyyə, ekologiya, enerji və texnoloji innovasiyalar sahəsində geniş spektrli məsələləri müzakirə edəcəklər.
Forumun əsas mövzusu "Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru: yeni insan mərkəzli iqtisadiyyata keçid" olacaq.
Avrasiya İqtisadi Forumu pandemiyadan sonrakı dövrdə dünya ticarət-iqtisadi əlaqələrinin bərpası kontekstində keçirilir və burada Azərbaycana mühüm rollardan biri verilir. Respublika özünü işgüzar fəallığın içində tapdı, buna görə də XV Avrasiya İqtisadi Forumunun keçirilmə yeri kimi Bakı seçildi. Azərbaycanın paytaxtı coğrafi baxımdan Avrasiyanın mərkəzində, həm də tarixən ticarət yollarının kəsişməsində yerləşir.
Bundan əvvəl tədbirə ənənəvi olaraq İtaliyanın Verona şəhəri ev sahibliyi edirdi.
Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın prezidenti Forumda "Avrasiyanı tanı" Assosiasiyası Antonio Falliko iştirak edir.
Xəbər lenti
0