Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yasamalda su borusunda qəzaya görə üç marşrutun istiqaməti dəyişdirildi

© Photo : Ministry of Emergency Situations (Azerbaijan) Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza
 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
BAKI, 26 oktyabr — Sputnik. Yasamal rayonunda su borusu partlayıb, ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb. Qeyd olunub ki, məlumatla əlaqədar FHN-inn müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 26.10.2022
PAYTAXT XƏBƏRLƏRİ
Dövlət Yol Polisi Yasamaldakı vəziyyətlə bağlı xəbərdarlıq etdi, FHN yeni video paylaşdı
Xəbər lenti
0