Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Volodin: Ukrayna NATO tərəfindən işğal olunub

© AP Photo / LIBKOSUkrayna əsgəri
Ukrayna əsgəri - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Dövlət Dumasının spikeri əlavə edib ki, Kiyev rejimi ukraynalılar qarşısında sosial öhdəlikləri müstəqil şəkildə yerinə yetirmək iqtidarında deyil.
BAKI, 26 oktyabr — Sputnik. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynanın gələcəkdə tamhüquqlu dövlət kimi mövcud olmaq qabiliyyətini itirdiyini və ABŞ-ın müstəmləkəsinə çevrildiyini bildirib. Bu barədə Dövlət Duması sədrinin "Telegram" kanalında məlumat verilib.

"Ukrayna dövlət kimi mövcud olmaq qabiliyyətini itirib. Ukrayna NATO tərəfindən işğal olunub. Ölkə ABŞ-ın koloniyasına çevrildi. Kiyevə sifarişlər Vaşinqtondan verilir. Ukrayna Silahlı Qüvvələri Pentaqon tərəfindən idarə olunur", - deyə Volodin yazıb.

Həmçinin Dövlət Dumasının spikeri əlavə edib ki, Kiyev rejimi ukraynalılar qarşısında sosial öhdəlikləri müstəqil şəkildə yerinə yetirmək iqtidarında deyil. Volodin hesab edir ki, pensiyalar və maaşlar da daxil olmaqla pul yoxdur.
"Ölkənin maliyyə sistemi dağılıb. 100 milyard dollardan çox borcun ödənilməsinə ehtiyac var", - deyə rusiyalı deputat əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0