https://sputnik.az/20221026/turkiye-beynelxalq-maliyye-sistemleri-qaydalarini-pozmur-447862058.html
Türkiyə beynəlxalq maliyyə sistemləri qaydalarını pozmur
Türkiyə beynəlxalq maliyyə sistemləri qaydalarını pozmur
Sputnik Azərbaycan
Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib ki, Rusiya ilə iqtisadi əlaqələr həm də "yaxşı qonşuluq münasibətləri"dir. 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T10:18+0400
2022-10-26T10:18+0400
2022-10-26T10:18+0400
türkiyə
rusiya
ukrayna
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355320_0:257:3073:1985_1920x0_80_0_0_bbdcae0a65c0cd34d6af9a52a8b8c5d8.jpg
BAKI, 26 oktyabr — Sputnik. Ankara Moskva ilə əlaqələr saxlamaqla beynəlxalq maliyyə sistemlərinin qaydalarını pozmur. Bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib. Nəbati onu da əlavə edib ki, Rusiya ilə iqtisadi əlaqələr həm də "yaxşı qonşuluq münasibətləri"dir.O əlavə edib ki, Rusiya ilə Türkiyə arasındakı bütün iqtisadi əlaqələr qanunidir."Türkiyə beynəlxalq maliyyə sistemləri çərçivəsində çox diqqətli davranan bir ölkədir - elə bir ölkə deyil ki, beynəlxalq maliyyə sistemlərinin qaydalarının pozulmasına gətirib çıxara bilsin... Hər şey bizə qanuni yolla gəlir," – deyə Nəbati "Financial Times" qəzetinə bildirib.Türkiyə Maliyyə Nazirliyinin rəhbəri hesab edir ki, ölkədə və xaricdə müxalif qüvvələr Ankaranın Moskva ilə maliyyə əlaqələri ilə bağlı "qəsdən suallar yaradırlar".Bundan əlavə, Nəbati qeyd edib ki, Qərb paytaxtlarında rusların Türkiyədə nağd puldan istifadəsinin guya bu vəsaitlərin mənbəyinin yoxlanılmasını qeyri-mümkün edə biləcəyi qorxusuna baxmayaraq, Türkiyəyə daxil olan bütün maliyyələr qanunidir.Qərb Ukraynadakı vəziyyətə görə Rusiyaya sanksiya təzyiqini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən bildirib ki, əgər bu, öz maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355320_54:0:2785:2048_1920x0_80_0_0_e3b071d2f41da13e6a6d47098480a0f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
türkiyə, ukrayna, rusiya, rusiya prezidenti vladimir putin
türkiyə, ukrayna, rusiya, rusiya prezidenti vladimir putin
Türkiyə beynəlxalq maliyyə sistemləri qaydalarını pozmur
Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib ki, Rusiya ilə iqtisadi əlaqələr həm də "yaxşı qonşuluq münasibətləri"dir.
BAKI, 26 oktyabr — Sputnik. Ankara Moskva ilə əlaqələr saxlamaqla beynəlxalq maliyyə sistemlərinin qaydalarını pozmur. Bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib. Nəbati onu da əlavə edib ki, Rusiya ilə iqtisadi əlaqələr həm də "yaxşı qonşuluq münasibətləri"dir.
O əlavə edib ki, Rusiya ilə Türkiyə arasındakı bütün iqtisadi əlaqələr qanunidir.
"Türkiyə beynəlxalq maliyyə sistemləri çərçivəsində çox diqqətli davranan bir ölkədir - elə bir ölkə deyil ki, beynəlxalq maliyyə sistemlərinin qaydalarının pozulmasına gətirib çıxara bilsin... Hər şey bizə qanuni yolla gəlir," – deyə Nəbati "Financial Times" qəzetinə bildirib.
Türkiyə Maliyyə Nazirliyinin rəhbəri hesab edir ki, ölkədə və xaricdə müxalif qüvvələr Ankaranın Moskva ilə maliyyə əlaqələri ilə bağlı "qəsdən suallar yaradırlar".
Bundan əlavə, Nəbati qeyd edib ki, Qərb paytaxtlarında rusların Türkiyədə nağd puldan istifadəsinin guya bu vəsaitlərin mənbəyinin yoxlanılmasını qeyri-mümkün edə biləcəyi qorxusuna baxmayaraq, Türkiyəyə daxil olan bütün maliyyələr qanunidir.
Qərb Ukraynadakı vəziyyətə görə Rusiyaya sanksiya təzyiqini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən bildirib ki, əgər bu, öz maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək.