https://sputnik.az/20221026/rusiya-prezidenti-valday-beynelxalq-diskussiya-klubunun-plenar-iclasinda-istirak-edecek-447899154.html
Rusiya prezidenti Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirak edəcək
Rusiya prezidenti Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirak edəcək
Sputnik Azərbaycan
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin geniş çıxışı gözlənilir, bundan əlavə, jurnalist, politoloq, "Valday"ın elmi işlər üzrə... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T17:21+0400
2022-10-26T17:21+0400
2022-10-26T17:29+0400
"valday" klub fondu
rusiya
rusiya prezidenti vladimir putin
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460660_0:0:3079:1731_1920x0_80_0_0_3204247b63c6a2d026677ac79c621912.jpg
BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar iclasında iştirak edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb."Vladimir Putinin ekspertlərlə görüşləri klub yaranandan bəri yaxşı ənənəyə çevrilib. Prezidentin iştirakı ilə keçirilən plenar iclas illik görüşün kulminasiya nöqtəsidir", - məlumatda deyilir.Bundan əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısının gözlənilən çıxışı barədə məlumat vermişdi. O qeyd edib ki, Putinin geniş çıxışı gözlənilir, bundan əlavə, jurnalist, politoloq, "Valday"ın elmi işlər üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə müzakirələr aparılacaq."Valday Klubunun builki toplantısında 41 ölkədən 111 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edir. Dəyişən geosiyasi vəziyyət və Rusiyanın tərəfdaşlıq sisteminin yenilənməsi dəvət olunanların coğrafi təmsilçiliyinə təsir göstərib", - Kremldən bildirilib."Bu il Yaxın Şərq və Qərb ölkələri, Asiya, Latın Amerikası, Afrika və MDB ölkələrindən olan iştirakçılar daha geniş şəkildə təmsil olunublar. Eyni zamanda, toplantıda bir sıra Qərb ölkələrinin nümayəndələri də iştirak edir" – deyə məlumatda bildirilib.Oktyabrın 24-27-də Moskvada "Valday" Beynəlxalq Diskussiya Klubunun "Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda 19-cu illik toplantısı keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460660_0:0:2731:2048_1920x0_80_0_0_dec7ba1e459f597609e0f4e0853aca98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"valday" klub fondu, rusiya prezidenti vladimir putin, dmitri peskov
"valday" klub fondu, rusiya prezidenti vladimir putin, dmitri peskov
Rusiya prezidenti Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirak edəcək
17:21 26.10.2022 (Yenilənib: 17:29 26.10.2022) Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin geniş çıxışı gözlənilir, bundan əlavə, jurnalist, politoloq, "Valday"ın elmi işlər üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə müzakirələr aparılacaq.
BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar iclasında iştirak edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putinin ekspertlərlə görüşləri klub yaranandan bəri yaxşı ənənəyə çevrilib. Prezidentin iştirakı ilə keçirilən plenar iclas illik görüşün kulminasiya nöqtəsidir", - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısının gözlənilən çıxışı barədə məlumat vermişdi. O qeyd edib ki, Putinin geniş çıxışı gözlənilir, bundan əlavə, jurnalist, politoloq, "Valday"ın elmi işlər üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə müzakirələr aparılacaq.
"Valday Klubunun builki toplantısında 41 ölkədən 111 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edir. Dəyişən geosiyasi vəziyyət və Rusiyanın tərəfdaşlıq sisteminin yenilənməsi dəvət olunanların coğrafi təmsilçiliyinə təsir göstərib", - Kremldən bildirilib.
"Bu il Yaxın Şərq və Qərb ölkələri, Asiya, Latın Amerikası, Afrika və MDB ölkələrindən olan iştirakçılar daha geniş şəkildə təmsil olunublar. Eyni zamanda, toplantıda bir sıra Qərb ölkələrinin nümayəndələri də iştirak edir" – deyə məlumatda bildirilib.
Oktyabrın 24-27-də Moskvada "Valday" Beynəlxalq Diskussiya Klubunun "Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda 19-cu illik toplantısı keçirilir.