https://sputnik.az/20221026/rusiya-dunyani-cirkli-bomba-tehlukesi-barede-xeberdar-edib-447888620.html
Rusiya dünyanı "çirkli bomba" təhlükəsi barədə xəbərdar edib
Rusiya dünyanı "çirkli bomba" təhlükəsi barədə xəbərdar edib
Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Politico"ya müsahibəsində deyib ki, Ukrayna müxtəlif silahların sınaqdan keçirilməsi... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T15:00+0400
2022-10-26T15:00+0400
2022-10-26T15:00+0400
mariya zaxarova
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:3019:1699_1920x0_80_0_0_0f53c64eb1610ab4cd1e219e55bfd63b.jpg
BAKI, 26 oktyabr — Sputnik. Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Politico"ya müsahibəsində deyib ki, Ukrayna müxtəlif silahların sınaqdan keçirilməsi üçün "sınaq meydanı"dır.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aleksey Reznikovun Ukraynanı poliqon hesab etməsi ilə bağlı sözlərinə münasibət bildirib."Biz bunu artıq başa düşmüşük və Kiyev rejiminin "çirkli bomba"nı işə salması təhlükəsi barədə dünyanı xəbərdar etmişik", – deyə Zaxarova "Telegram" kanalında yazıb.Rusiya bundan əvvəl Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün içində silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov bildirib ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin "çirkli bomba"dan istifadə etmək və buna görə Moskvanı günahlandırmaq planları barədə məlumatlara malikdir. Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Katrin Kolonna, eləcə də ABŞ dövlət katibi Entoni Blinken bildiriblər ki, onların ölkələri Rusiyanın Ukraynanın "çirkli bomba"dan istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:2729:2047_1920x0_80_0_0_cffb26c229616bde1fdd06129e4ca419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
BAKI, 26 oktyabr — Sputnik. Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Politico"ya müsahibəsində deyib ki, Ukrayna müxtəlif silahların sınaqdan keçirilməsi üçün "sınaq meydanı"dır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aleksey Reznikovun Ukraynanı poliqon hesab etməsi ilə bağlı sözlərinə münasibət bildirib.
"Biz bunu artıq başa düşmüşük və Kiyev rejiminin "çirkli bomba"nı işə salması təhlükəsi barədə dünyanı xəbərdar etmişik", – deyə Zaxarova "Telegram" kanalında yazıb.
Rusiya bundan əvvəl Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün içində silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov bildirib ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin "çirkli bomba"dan istifadə etmək və buna görə Moskvanı günahlandırmaq planları barədə məlumatlara malikdir.
Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Katrin Kolonna, eləcə də ABŞ dövlət katibi Entoni Blinken bildiriblər ki, onların ölkələri Rusiyanın Ukraynanın "çirkli bomba"dan istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd edir.