Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Dünya çoxqütblüyə çevrilir, amma bəziləri hegemonluğu qorumağa çalışır

© Sputnik / Гавриил ГригоровVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Rusiya prezidenti videokonfrans vasitəsilə MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasında çıxış edib.
BAKI, 26 oktyabr — Sputnik. Dünya gözümüzün qarşısında çoxqütblüyə çevrilir, lakin bəzi ölkələr hər vasitə ilə hegemonluğu qorumağa çalışırlar. Rusiya Prezidenti Vladimir Putin bu barədə MDB ölkələrinin təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının iclasında çıxış edərkən danışıb.
Çoxqütblü dünya

"Gözümüzün önündə dünya dəyişir və həqiqətən də çoxqütblüyə çevrilir. Bununla belə, beynəlxalq kommunikasiyanın bəzi iştirakçıları nəyin bahasına olursa-olsun, öz sarsıntılı hegemonluğunu qoruyub saxlamağa, çoxlu siyasi, hərbi, iqtisadi və informasiya, digər üsullardan istifadə etməyə çalışırlar", - deyə Vladimir Putin bildirib.

Putin dəqiqəşdirib ki, söhbət həm strateji sabitliyin hüquqi mexanizmlərinin dağılmasından, həm də onların siyasəti ilə razılaşmayanlara qarşı birtərəfli sanksiyaların tətbiqindən gedir.
Bir sıra geosiyasi oyunçuların təxribatı
Rusiya prezidenti bildirib ki, bir sıra geosiyasi oyunçular birbaşa təxribatdan çəkinmirlər.
"Onlar birbaşa təxribatdan belə çəkinmirlər. Mən "Şimal axını" beynəlxalq qaz kəmərlərində partlayışların təşkilini nəzərdə tuturam", - deyə o sözünə davam edib.
Putinin fikrincə, MDB ölkələri hər bir ayrı-ayrı dövlətdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş xarici xüsusi xidmət orqanlarının işinin üstünün açılraq qarşısının alınmasında daha fəal olmalıdırlar.
"Birlik ölkələrinin daxili işlərinə qarışmaq cəhdlərinə qarşı birgə mübarizə aparmaq prioritet vəzifələrdəndir. Bunun nə olduğunu hamımız bilirik. Bunun üçün, buna qarşı çıxmaq üçün MDB üzvü olan hər bir ayrı-ayrı dövlətdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş xarici kəşfiyyat xidmətlərinin işinin üstünü daha fəal şəkildə açmaq və qarşısını almaq lazımdır", - deyə o bildirib.
Putin əlavə edib ki, terrora qarşı koordinasiyalı və sistemli mübarizənin davam etdirilməsi vacibdir.
Ukrayna silahla doldurulur
Ukrayna ərazisi hərbi bioloji eksperimentlər üçün sınaq meydançasına çevrilib. İndi isə onlar silahları işə salırlar. Kiyevin nüvə silahı əldə etmək istəyini də diqqət mərkəzində saxlayıram, - deyə Putin sözünə davam edib.

"Ukrayna ərazisi hərbi bioloji eksperimentlər üçün sınaq meydançasına çevrilib. İndi isə bu ərazi silahlarla, o cümlədən ağır silahlarla doldurulur və Kiyev rejiminin nüvə silahı əldə etmək istəyi də diqqətdən kənarda qalmır", - deyə Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiya "çirkli bomba" adlandırılan silahdan təxribatlar üçün istifadə etmək planlarından da xəbərdardır.
O, həmçinin qeyd edib ki Ukraynanın "qara bazarından" portativ zenit-raket sistemləri və yüksək dəqiqlikli silahların terrorçuların əlinə keçməsi riskləri hələ də qalmaqdadır.
MDB ölkələri üçün təhlükələr
"Ukraynada fəaliyyət göstərən silahların qara bazarı ciddi problemlər yaradır və transsərhəd cinayətkar qruplar onların digər regionlara qaçaqmalçılığında fəal iştirak edirlər. Söhbət təkcə atıcı silahlardan getmir, daha güclü silahların, o cümlədən portativ zenit-raket komplekslərinin, yüksək dəqiqlikli silahların əllərə keçməsi riskləri hələ də var", - deyə Putin bildirib.
Rusiya prezidenti vurğulayıb ki, döyüş təcrübəsi olan əcnəbi muzdluların "yayılması" MDB ölkələri üçün təhlükə yaradır.
"Terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.
Xüsusilə, terror və ya ekstremist fəaliyyətdə iştirak edən və ya şübhəli bilinən şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək, qüvvələri miqrasiya axınlarının pərdəsi altında terrorçuların nüfuz kanallarının müəyyən edilməsinə, o cümlədən döyüş təcrübəsi olan və ciddi təhlükə yaradan əcnəbi muzdluların "yayılması"nın qarşısının alınmasına yönəltmək lazımdır", - deyə Putin bildirib.
Onun fikrincə, MDB ölkələri hələ indiki kimi terror təhlükələri ilə üzləşməyib, dövlətlərin ümumi vəzifəsi əhalini qorumaqdır.
"Aydındır ki, bütövlükdə Birlik və ayrı-ayrılıqda ölkələrimiz hələ belə mürəkkəb (terror - red.) təhlükələrlə üzləşməyib. Bizim ümumi vəzifəmiz xalqlarımızı mümkün qədər qorumaq, sabitliyi möhkəmləndirməkdir", - deyən Putin əlavə edib ki, "son onilliklər ərzində "əsl tərəfdaşlıq nümunəsinə çevrilmiş" qarşılıqlı faydalı inteqrasiya proseslərinin inkişafını da davam etdirmək lazımdır".
Xəbər lenti
0