https://sputnik.az/20221026/pasinyan-ermenistan-parlamentinde-sulh-muqavilesinden-danisdi-447904304.html
Paşinyan Ermənistan parlamentində sülh müqaviləsindən danışdı
Paşinyan Ermənistan parlamentində sülh müqaviləsindən danışdı
Sputnik Azərbaycan
Ermənistan baş anziri bildirib ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T18:07+0400
2022-10-26T18:07+0400
2022-10-26T18:07+0400
qarabağ
ermənistanın baş naziri nikol paşinyan
sülh sazişi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:80:2594:1539_1920x0_80_0_0_af18790f06e5cb07ebee2322b918561c.jpg
BAKI, 26 oktyabr — Sputnik. "Bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirik". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib."Mən istərdim ki, sülh müqaviləsi bu ilin sonuna kimi imzalansın. Bu nə dərəcədə realdır? Nəzərə alsaq ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur", - deyə Paşinyan Ermənistan parlamentinin hökumət saatında deyib.Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı bir mühüm məqam var:Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüş dəvət edib. Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:0:2157:1618_1920x0_80_0_0_3eff6c2b413887175db86bea3086765a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, sülh sazişi, azərbaycan
ermənistanın baş naziri nikol paşinyan, sülh sazişi, azərbaycan
Paşinyan Ermənistan parlamentində sülh müqaviləsindən danışdı
Ermənistan baş anziri bildirib ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur.
BAKI, 26 oktyabr — Sputnik. "Bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirik". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Mən istərdim ki, sülh müqaviləsi bu ilin sonuna kimi imzalansın. Bu nə dərəcədə realdır? Nəzərə alsaq ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur", - deyə Paşinyan Ermənistan parlamentinin hökumət saatında deyib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı bir mühüm məqam var:
"Ümid edirik ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq. Bu sərhədlər məlumdur".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüş dəvət edib. Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.