Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

FHN: Yasamalda su basmış yerlərdən suyun çəkilməsi sona çatdırılıb - VİDEO

© Photo : AZƏRSUYasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza
Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Yasamalda su kəmərində baş verən partlayışa görə sığorta ödənişi veriləcək.
BAKI, 26 oktyabr — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Nazirlikdən bildiriblər ki, görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bu gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza səbəbilə meydana gələn su fontanının ətrafa vurduğu zərər sığorta hadisəsi hesab edilir. Bu barədə "Report"a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirib.
Assosiasiya qeyd edir ki, "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanmış sığortalılar məlum hadisə nəticəsində qeyd edilən sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakları hər hansı zərər görübsə, bununla əlaqədar olaraq öz sığorta şirkətlərinə müraciət edə bilərlər.
Bildirilib ki, məlum hadisənin baş verdiyi Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 50 manat, təminat məbləği isə 25 min manata qədərdir:
"Adı çəkilən sığorta növü 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında"Qanunu ilə tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir".
Xəbər lenti
0