Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıdakı "Rus Evi"ndə Rusiyanın İT şirkətlərinin təqdimatı olub

© Photo : Русский дом в БакуBakıdakı "Rus Evi"ndə Rusiya şirkətlərinin onlayn təqdimatı
Bakıdakı Rus Evində Rusiya şirkətlərinin onlayn təqdimatı - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Tədbirdə Azərbaycanın dövlət strukturlarının, biznes ictimaiyyətinin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
BAKI, 26 oktyabr - Sputnik. Bakıdakı "Rus Evi"ndə süni intellekt, əlavə reallıq texnologiyaları və təhsil innovasiyaları sahəsində unikal həllər hazırlayan Rusiya şirkətlərinin onlayn təqdimatı keçirilib. Bu barədə qurumun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Tədbir Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Bakıdakı Rus Evinin dəstəyi ilə Moskva İnnovasiyalar Agentliyi tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət strukturlarının, biznes ictimaiyyətinin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Moskva İnnovasiyalar Agentliyinin İnnovasiya Həllərinin Pilot Test Proqramının rəhbəri Svetlana Boqaçeva-Urnışeva dinləyicilər qarşısında çıxış ediblər.
Tədbirdə iştirak edən Rusiya şirkətləri öz təqdimatlarını təqdim edib, iştirakçıların suallarını cavablandırıblar.
Xəbər lenti
0