Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Avtovağzallar arasında sərnişindaşıma yığışdırılacaqmı?

© Sputnik / Irade JELILBakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Ekspert bildirir ki, Sumqayıtdan gələnləri də şəhərə yönləndirsələr vəziyyət daha da pisləşər.
BAKI, 26 oktyabr — Sputnik. Bakı-Sumqayıt yolunda tıxacın qarşısının alınması üçün müxtəlif təkliflər səslənir. Səslənən təkliflərdən biri də Sumqayıt-Bakı istiqamətində sərnişin daşıyan avtobusların avtovağzallar arası hərəkətinin ləğv olunmasıdır.
Milli Məclisin iclasında deputat Emin Hacıyev deyib ki, günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır:

"Problemi təhlil etsək, görərir ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır".

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Bakıda vəziyyət
Deputat bildirib ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək lazımdır:
"Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır".
Deputat təklif edir ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun:

"Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin, Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasına kömək edər".

Nəqliyyat ekspertləri isə bunun xaosa səbəb olacağını söyləyir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu təklif absurddur. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazidə metro da yerləşir. Sumqayıtdan Bakıya gələnlər, yaxud da əks istiqaməə gedənlər ordan sonra yolunu metro ilə davam etdirir:

"Abşerondan gələn avtobuslar kimi Sumqayıtdan gələnləri də şəhərə yönləndirsələr vəziyyət daha da pisləşər. Avtovağzal metrosu bu yükü müəyyən qədər öz üzərinə götürür. Burada sərnişinlərin hərkəti müxtəlif istiqamətlərə şaxələnir".

© Sputnik / Murad OrujovElməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Elməddin Muradlı
E. Muradlı deyir ki, Sumqayıtdan gələn avtobuslar şəhərə buraxılarsa, bu zaman tıxac dəfələrlə artıb:
"Onsuz da əvvəldən Sumqayıt istiqamətindən gələnlər 20 yanvar metrostansiyasının yanında düşərək metro ilə hərəkət edirdilər. İndi isə Avtovağzal metrosunda düşərək oradan istədikləri yerə gedirlər. Bununla da şəhərə şimal istiqamətindən daxil olan nəqliyyat yükü azalmış olur".
Ekspert bildirir ki, elə vaxtılə bu qərar da bu məqsədlə verilib ki,şəhərdə sıxlığın qarşısı alınsın.
Xəbər lenti
0