Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynadakı biolaboratoriyalarla bağlı BMT TŞ-nın iclasını tələb edib

© AP Photo / Mary AltafferЗдание ООН в Нью-Йорке, фото из архива
Здание ООН в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Rusiya Bioloji Silahlar Haqqında Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq, Ukraynadakı biolaboratoriyalarla bağlı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə dair sorğu göndərib.
BAKI, 25 oktyabr - Sputnik. Rusiya üzümüzə gələn cümə axşamı (27 oktyabr-red.) Ukraynadakı biolaboratoriyalarla bağlı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə dair sorğu göndərib.
Bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski jurnalistlərə bildirib.
"Bu, ciddi prosesdir. Biz Bioloji Silahlar Haqqında Konvensiyanın (BSHK) 6-cı maddəsinə uyğun olaraq, iki gündən sonra (cümə axşamı - red.) görüş tələb etdik", - Polyanski bildirib.
BSHK-nın 6-cı maddəsində deyilir ki, “hər hansı digər iştirakçı dövlətin konvensiyanın müddəalarından irəli gələn öhdəlikləri pozaraq hərəkət etdiyini müəyyən edən ... Konvensiyaya qoşulan hər hansı dövlət BMT Təhlükəsizlik Şurasına şikayət verə bilər”.
"Biz bununla bağlı qətnamə layihəsi təqdim etmişik. Ona görə də keçmiş qərbli tərəfdaşlarımız üçün bu iddiaları inkar etməyin o qədər də asan olacağını düşünmürəm", - Polyanskı deyib.
Daha əvvəl RF Silahlı Qüvvələrinin Radiasiya Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov bildirmişdi ki, Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyalar şəbəkəsi yaradılıb və onlar Pentaqonun maraqlarına xidmət edir. Onun sözlərinə görə, ABŞ hərbi bioloji proqramının davam etdirilməsi üçün zəruri olan hər şey Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ukraynadan çıxarılıb.
Xəbər lenti
0