https://sputnik.az/20221025/bakida-bu-marsrut-xettinin-qiymeti-60-qepik-olacaq---foto-447860550.html
Bakıda bu marşrut xəttinin qiyməti 60 qəpik olacaq - FOTO
Bakıda bu marşrut xəttinin qiyməti 60 qəpik olacaq - FOTO
Sputnik Azərbaycan
Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni marşrut xətti fəaliyyətə başlayır 25.10.2022, Sputnik Azərbaycan
2022-10-25T17:13+0400
2022-10-25T17:13+0400
2022-10-25T17:56+0400
bakubus
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172909_0:91:2000:1216_1920x0_80_0_0_4e9151107dc9d7ec54c64bf342726333.jpg
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.Məlumata görə, yeni xətt üzrə avtobuslar metronun "Xalqlar Dostluğu" stansiyasından başlayaraq Qara Qarayev prospekti - "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – "Azneft" dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.Marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq."E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun "Xalqlar Dostluğu" stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək", - deyə BNA bəyan edib.https://report.az/infrastruktur/bakida-gedis-haqqi-60-qepik-olmaqla-ile-yeni-marsrut-xetti-fealiyyete-baslayir/
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172909_293:0:2000:1280_1920x0_80_0_0_1b887eb2abadd24a0482bf7cfd30241a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakubus
Bakıda bu marşrut xəttinin qiyməti 60 qəpik olacaq - FOTO
17:13 25.10.2022 (Yenilənib: 17:56 25.10.2022) Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni marşrut xətti fəaliyyətə başlayır
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, yeni xətt üzrə avtobuslar metronun "Xalqlar Dostluğu" stansiyasından başlayaraq Qara Qarayev prospekti - "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – "Azneft" dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq.
"E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun "Xalqlar Dostluğu" stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək", - deyə BNA bəyan edib.
https://report.az/infrastruktur/bakida-gedis-haqqi-60-qepik-olmaqla-ile-yeni-marsrut-xetti-fealiyyete-baslayir/