https://sputnik.az/20221025/azerbaycan-rusiya-ticaret-dovriyyesi-keskin-artib---cedvel-447815053.html
Azərbaycan-Rusiya ticarət dövriyyəsi kəskin artıb - Cədvəl
Azərbaycan-Rusiya ticarət dövriyyəsi kəskin artıb - Cədvəl
Sputnik Azərbaycan
Bu il Azərbaycana ən çox Rusiyadan mallar idxal edilib. İki ölkə arasında ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir. 25.10.2022, Sputnik Azərbaycan
2022-10-25T09:29+0400
2022-10-25T09:29+0400
2022-10-25T09:29+0400
rusiya
rusiya
azərbaycan
ticarət
dövriyyə
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:2001:1125_1920x0_80_0_0_2465c18be80498605e5c54b15449279d.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb.Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 538 milyon 206 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çoxdur.Azərbaycana ən çox Rusiyadan mal gətirilibBu ilin 9 ayında Azərbaycan Rusiyadan 1 milyard 910 milyon 699 min dollarlıq məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur. Azərbaycanın ümumi idxalının 18,56 faizi Rusiyanın payına düşüb. Ötən dövrdə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 627 milyon 507 min dollar təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,13 faizi Rusiyanın payına düşüb.Ticarət dövriyyəsinin artmasının əsas səbəbi məhdudiyyətlərin ləğv olunmasıdırQeyd edək ki, bu il Rusiya tərəfindən Azərbaycanın kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tam aradan qaldırılıb. İki ölkə arasında ticarət dövriyyəsində artımın əsas səbəbi məhdudiyyətlərin ləğv edilməsidir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ticarətin daha da asanlaşdırılması nəticəsində ticarət dövriyyəsində artım müşahidə edilir. Azərbaycan üçün Rusiya bazarı ənənəvi kənd təsərrüfatı bazarıdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının böyük hissəsi Rusiyanın payına düşür. Ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir.Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. Keçən il də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:1773:1330_1920x0_80_0_0_3c738c1629572c947268736cac67a16b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, azərbaycan, ticarət, dövriyyə
rusiya, azərbaycan, ticarət, dövriyyə
Azərbaycan-Rusiya ticarət dövriyyəsi kəskin artıb - Cədvəl
Bu il Azərbaycana ən çox Rusiyadan mallar idxal edilib. İki ölkə arasında ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 538 milyon 206 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çoxdur.
Azərbaycana ən çox Rusiyadan mal gətirilib
Bu ilin 9 ayında Azərbaycan Rusiyadan 1 milyard 910 milyon 699 min dollarlıq məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur. Azərbaycanın ümumi idxalının 18,56 faizi Rusiyanın payına düşüb. Ötən dövrdə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.
Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 627 milyon 507 min dollar təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,13 faizi Rusiyanın payına düşüb.
Ticarət dövriyyəsinin artmasının əsas səbəbi məhdudiyyətlərin ləğv olunmasıdır
Qeyd edək ki, bu il Rusiya tərəfindən Azərbaycanın kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tam aradan qaldırılıb. İki ölkə arasında ticarət dövriyyəsində artımın əsas səbəbi məhdudiyyətlərin ləğv edilməsidir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ticarətin daha da asanlaşdırılması nəticəsində ticarət dövriyyəsində artım müşahidə edilir. Azərbaycan üçün Rusiya bazarı ənənəvi kənd təsərrüfatı bazarıdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının böyük hissəsi Rusiyanın payına düşür. Ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. Keçən il də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.
2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.