https://sputnik.az/20221024/rusiya-bmt-den-ukrayna-taxilinin-son-alicilarinin-statistikasini-teleb-edir---lavrov---447827008.html
Rusiya BMT-dən Ukrayna taxılının son alıcılarının statistikasını tələb edir - Lavrov
Rusiya BMT-dən Ukrayna taxılının son alıcılarının statistikasını tələb edir - Lavrov
Sputnik Azərbaycan
RF xarici işlər naziri bildirib ki, Rusiya gəmilərinin Avropa limanlarına, xarici gəmilərin isə Rusiya gəmilərinə sərbəst girişi üçün müvafiq təminatların... 24.10.2022, Sputnik Azərbaycan
2022-10-24T19:39+0400
2022-10-24T19:39+0400
2022-10-24T19:39+0400
rusiya
rusiya
ukrayna
bmt
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446659936_0:161:3071:1888_1920x0_80_0_0_a269a6584214e55b25a619fce98e17cf.jpg
BAKI, 24 oktyabr - Sputnik. Rusiya BMT Katibliyindən ərzaq sazişi çərçivəsində Ukrayna limanlarından ixrac edilən taxılın son alıcıları ilə bağlı statistik məlumat istəyib. “Bu sazişin həyata keçirilməsi üçün gələcək tədbirlərin tənzimlənməsi” bu məlumatlardan asılıdır. Bu sözləri jurnalistlərlə söhbətində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.O qeyd edib ki, “bu taxıl daşıyıcılarının hər birinin son təyinatına gəldikdə, BMT-nin statistikası çox ziddiyyətli mənzərə yaradır”.Lavrov bildirib ki, qurumun cbaş katibinin ideyasıı formalaşdırılarkən onları narahat edən əsas məsələ o idi ki, ixrac olunan taxıl ən yoxsul ölkələrə getsin. BMT-nin məlumatlarına görə, Ukrayna limanlarından ixrac olunan taxılın həcminin 5-6-7%-i onlara gedir. Daha doğrusu, kobud desək, həmin taxılın yarısı Aİ ölkələrinə gedir”.Nazir onu da qeyd edib ki, Moskva buna diqqət çəkəndə, o cümlədən BMT Katibliyində “onlar Avropa ölkələrinin belə izahat verməsini nəzərdə tuturlar: deyirlər, bəli, biz Ukrayna taxılının böyük hissəsini alırıq, lakin sonra bu taxıl bütün dünyaya, o cümlədən ən kasıb ölkələrə səpələnir”.“Biz daha aydın təsəvvürə malik olmaq istərdik, ona görə də biz bu əməliyyata cavabdeh olan və bütün məlumatlara malik olan BMT katibliyindən taxılın son istehlakçının yerləşdiyi son təyinat məntəqəsinə qədər hərəkəti ilə bağlı statistik məlumat verməsini xahiş etdik. Bu, sadəcə maraq deyil, bu taxıl sazişinin həyata keçirilməsi üçün gələcək fəaliyyətlərin tənzimlənməsi və yönləndirilməsi ondan asılıdır”, - deyə Lavrov bildirib.O, həmçinin qeyd edib ki, Rusiya taxılının və gübrələrinin ixracı üzrə sövdələşmənin ikinci hissəsi “praktiki olaraq həyata keçirilmir”.Lavrovun sözlərinə görə, Rusiya şirkətləri üçün “sanksiyalara aydın hüquqi istisnalar” lazımdır, həmçinin Rusiya gəmilərinin Avropa limanlarına, xarici gəmilərin isə Rusiya gəmilərinə sərbəst girişi üçün təminatlar lazımdır. Lavrov vurğulayıb ki, bütün bunlar Rusiya taxılının sərbəst ixracına təsir edən amillərdir.Nazir əlavə edib ki, “əsas problemlərdən biri gübrələrimizin və taxılımızın dünya bazarlarına çatdırılmasına xidmət edən əsas maliyyə institutu olan Rusiya Kənd Təsərrüfatı Bankının sanksiyalar altında olmasıdır”."İş çoxdur. Müqavilənin müddəti noyabrda başa çatır. Və güman edirik ki, onun uzadılması məsələsinə baxılana qədər bütün qeyd olunan məsələlər qənaətbəxş şəkildə həll olunacaq". - deyə Lavrov yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446659936_170:0:2901:2048_1920x0_80_0_0_4e0be682fd6ef90aef0c1c3598e81b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, bmt, taxıl
rusiya, ukrayna, bmt, taxıl
Rusiya BMT-dən Ukrayna taxılının son alıcılarının statistikasını tələb edir - Lavrov
RF xarici işlər naziri bildirib ki, Rusiya gəmilərinin Avropa limanlarına, xarici gəmilərin isə Rusiya gəmilərinə sərbəst girişi üçün müvafiq təminatların olması zəruridir.
BAKI, 24 oktyabr - Sputnik. Rusiya BMT Katibliyindən ərzaq sazişi çərçivəsində Ukrayna limanlarından ixrac edilən taxılın son alıcıları ilə bağlı statistik məlumat istəyib. “Bu sazişin həyata keçirilməsi üçün gələcək tədbirlərin tənzimlənməsi” bu məlumatlardan asılıdır. Bu sözləri jurnalistlərlə söhbətində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, “bu taxıl daşıyıcılarının hər birinin son təyinatına gəldikdə, BMT-nin statistikası çox ziddiyyətli mənzərə yaradır”.
Lavrov bildirib ki, qurumun cbaş katibinin ideyasıı formalaşdırılarkən onları narahat edən əsas məsələ o idi ki, ixrac olunan taxıl ən yoxsul ölkələrə getsin. BMT-nin məlumatlarına görə, Ukrayna limanlarından ixrac olunan taxılın həcminin 5-6-7%-i onlara gedir. Daha doğrusu, kobud desək, həmin taxılın yarısı Aİ ölkələrinə gedir”.
Nazir onu da qeyd edib ki, Moskva buna diqqət çəkəndə, o cümlədən BMT Katibliyində “onlar Avropa ölkələrinin belə izahat verməsini nəzərdə tuturlar: deyirlər, bəli, biz Ukrayna taxılının böyük hissəsini alırıq, lakin sonra bu taxıl bütün dünyaya, o cümlədən ən kasıb ölkələrə səpələnir”.
“Biz daha aydın təsəvvürə malik olmaq istərdik, ona görə də biz bu əməliyyata cavabdeh olan və bütün məlumatlara malik olan BMT katibliyindən taxılın son istehlakçının yerləşdiyi son təyinat məntəqəsinə qədər hərəkəti ilə bağlı statistik məlumat verməsini xahiş etdik. Bu, sadəcə maraq deyil, bu taxıl sazişinin həyata keçirilməsi üçün gələcək fəaliyyətlərin tənzimlənməsi və yönləndirilməsi ondan asılıdır”, - deyə Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya taxılının və gübrələrinin ixracı üzrə sövdələşmənin ikinci hissəsi “praktiki olaraq həyata keçirilmir”.
Lavrovun sözlərinə görə, Rusiya şirkətləri üçün “sanksiyalara aydın hüquqi istisnalar” lazımdır, həmçinin Rusiya gəmilərinin Avropa limanlarına, xarici gəmilərin isə Rusiya gəmilərinə sərbəst girişi üçün təminatlar lazımdır. Lavrov vurğulayıb ki, bütün bunlar Rusiya taxılının sərbəst ixracına təsir edən amillərdir.
Nazir əlavə edib ki, “əsas problemlərdən biri gübrələrimizin və taxılımızın dünya bazarlarına çatdırılmasına xidmət edən əsas maliyyə institutu olan Rusiya Kənd Təsərrüfatı Bankının sanksiyalar altında olmasıdır”.
"İş çoxdur. Müqavilənin müddəti noyabrda başa çatır. Və güman edirik ki, onun uzadılması məsələsinə baxılana qədər bütün qeyd olunan məsələlər qənaətbəxş şəkildə həll olunacaq". - deyə Lavrov yekunlaşdırıb.